JUMEIRAH BILGAH BEACH HOTEL

  • iframe JUMEIRAH BILGAH BEACH HOTEL

    Bakıdakı Jumeirah Bilgah Beach Hotel – rahat istirahət və uğurlu biznes üçün son dərəcə gözəl yerdir. Xəzər dənizinin sahilində, 300 metrədək uzunluqda əla çimərliyin yanında yerləşmiş  Jumeirah Bilgah Beach Hotel Azərbaycanın paytaxtı Bakı şəhərində lüks sinfinə məxsus ilk beynəlxalq kurortdudur. Müasir kompleksə müxtəlif kateqoriyalı 176 dəbdəbəli nömrələr və eləcə də  14 özəl kottec daxildir.

    Bir neçə gözəl restoran və barlarla, eləcə də biznes aparmaq üçün olduqca yaxşı şəraitlə  yanaşı, kurort qonaqlara asudə vaxtını keçirmək üçün: akvapark, özəl çimərlik, sağlamlıq klubu və spa-mərkəz, tennis kortları, futbol, voleybol və basketbol meydançaları, boulinq və gecə klubu kimi  müxtəlif əyləncələr təqdim edir.

    Ünvan:
    Bakı şəh., Bilgəh qəsəbəsi, Qələbə küçəsi 94
    Telefon:
    (+994 12) 565-40-00