FRAS BEACH

  • iframe FRAS BEACH

    Mərdəkan qəsəbəsinin dəniz sahilində yerləşən «Fras» qum çimərliyi gün altında qaralmaq üçün ən yaxşı yerdir. İstər böyüklər, istərsə də uşaqlar üçün  kvadrosiklləri olan oyun poliqonları, kənar gözlərdən uzaq olmaq istəyənlər üçün barxanlar vardır. Habelə burada kiçik rahat zalı olan və açıq eyvanda yerləşən qəşəng çimərlik qəhvəxanası fəaliyyət göstərir. İstirahət edənlər böyük talvar altında əla  dincələ, dəniz havası ilə nəfəs ala, yaxud qəlyan çəkə və ya çay içə bilərlər. Girişin qiyməti - 5 AZN-dir.

    Ünvan:
    Bakı şəh., Şimal dəniz sahili, Mərdəkan qəsəbəsi
    Telefon:
    (+994 50) 574-77-00