Milli mətbəx

Milli mətbəx

Azərbaycan mətbəxi lap qədimlərdən həm Şərqdə, həm də Avropada böyük şöhrət qazanmışdır. Məşhur tarixçilərin və səyahətçilərin qədim yazılı mənbələrində bunlara rast gəlmək olur.

Azərbaycanda xörəklərin reseptlərinin yaradılması tarixi əsrlərin dərinliklərinə gedib çıxır, əslən aşpaz olan sülalələrin təcrübəsinə  əsaslanır və hal-hazırda da qorunub saxlanılır.

Əbəs yerə deyil ki, ölkəmiz uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Alimlər bu fenomeni əlverişli iqlim, düzgün həyat tərzi, ekoloji cəhətdən təmiz məhsullar və düzgün qidalanma prinsipləri ilə izah edirlər.  Dünyanın bir çox ölkələrindən gələn kulinariya qurmanlarını da Azərbaycan mətbəxinin nəfisliyi və xörəklərinin    zərif ətri valeh edir.

Bu mətbəx bənzərsizdir və kulinariya texnikası spesifikasına və milli koloritə malikdir, bu da özünü Azərbaycan qonaqlığı ənənələrində büruzə verir. Xörəklərin tərkibinə və çoxsaylı olmasına görə o, çox müxtəlif, sağlamlıq üçün faydalı mətbəxlərə aiddir, ətirli göyərti və zərif ədviyyələrlə tamamlanan hər cür  ət, balıq və tərəvəz  xörəklərinin bolluğu ilə fərqlənir. Ənənəvi Azərbaycan mətbəxi orijinal və təkrarsızdır, onları digər milli mətbəxlərin xörəkləri ilə qarışıq salmaq olmaz.

Bu, sirr deyil ki, Azərbaycanın kulinariya sənəti hər yerdə daima rəğbətlə qarşılanır. Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilmişdir.

Azərbaycanın istənilən guşəsində sizi böyük həvəslə  bol qonaqlıq süfrəsinə, ya da əsil təamlar bolluğuna dəvət edərək «Nuş olsun!» deyəcəklər. Bu səmimi arzuları siz müxtəlif adamlardan daima eşidəcəksiniz.