Çimərliklər

Çimərliklər

  • 1001 GECE

    Dəniz kənarında əla restorandır, artıq çoxdan bəri bir çox rahat taxta köşklər, ikinci mərtəbədə olan açıq eyvan və dəniz istirahəti üçün lazım olan hər şeyə malik çimərlik restoranına çevrilmişdir. Bura çimərlik gecələrinin, açıq havada yay banketinin keçirilməsi, habelə istirahət günü sadəcə olaraq çimərliyə getmək üçün əla yerdir. Burada, dəniz sahilindən uzağa getmədən nəinki yaxşı nahar etmək, habelə müxtəlif çərəzlərlə təzə, pürrəngi çay içmək olar.



    Ünvan:
    Bakı şəh., cənub dəniz sahili, Şıx qəsəbəsi
    Telefon:
    (+994 12) 581-31-61
    (+994 50) 611-60-00
  • AQUA PARK SHIKHOV

    Şıx qəsəbəsində yerləşmiş şəhərin ən məşhur çimərik komplekslərindən biridir. Digər çimərliklərdən fərqli olaraq bu yer əla təchiz olunmuşdur. Kompleksin böyük ərazisində həm talvarlar, həm duşlar, çox sayda attraksionlar, barlar, su təpələri, batutlar vardır. Habelə kompleksin tərkibinə böyüklər üçün üç böyük və uşaqlar üçün 1 kiçik hovuz daxildir. Qeyd etmək lazımdır ki, çimərlik bu sahildə ən təmizidir. Düzdür, Şıx çimərliyinin yerləşdiyi şəhər akvatoriyası çox vaxt Abşeron çimərliklərinə nisbətən bir qədər çirk olur, odur ki, çimməyə burada ehtiyatla yanaşmaq lazımdır. Yaxşı olar ki, hovuzlarda çimməyə üstünlük verilsin, onlar da burada kifayət qədərdir. İstirahət edənlərin xidmətinə hovuzun ətrafında rahat yerləşdirilmiş rəngarəng talvarlar altında stollar, uzanmaq üçün taxtlar verilir. Bütün bu sadaladığımız xidmətlər akvaparkda olmağın qiymətinə (10 AZN) daxil edilmişdir



    Ünvan:
    Bakı şəh., Cənub dəniz sahili, Şıx qəsəbəsi
    Telefon:
    (+994 12) 581-30-30
  • AYSBERQ BEACH

    Bura böyük və təmiz sahil zonası olan yaxşı bir yerdir. Çimərliyin ərazisində çox lazım olan köşklərdən və restorandan savayı, çimərlik üçün belə vacib olan xilasetmə və mühafizə xidmətləri də fəaliyyət göstərir. Çimərliyə giriş 2 AZN-dir, bu da təmiz və rahat çimərlikdə istirahət etmək üçün elə də böyük qiymət deyil. Qalan bütün xidmətlər ayrıca haqq alınmaqla göstərilir, bunların qiyməti çox da yüksək deyildir.



    Ünvan:
    Bakı şəh., Cənub dəniz sahili, Şıx qəsəbəsi
    Telefon:
    (+994 12) 565-07-45
    (+994 70) 581-50-00
  • BELUGA

    Çimərlik restoranı "Beluga" – Buzovna qəsəbəsinin sahilində yerləşən ən məşhur və seçmə restoranlardan biridir. Yay eyvanı müştərilərin istirahətinin rahatlığı üçün məxsusi olaraq təchiz edilmişdir, axşamlar isə dəniz ləpələrinin pıçıltısı və ürəyəyatan musiqinin sədaları altında istirahət etmək olar. Yay vaxtı burada habelə köşklər fəaliyyət göstərir, kokteyllər, müxtəlif xörəklər və qəlyanaltılar təqdim edilir. Restoranda orta hesab - 25-50 AZN-dir.



    Ünvan:
    Bakı şəh., Şimal dəniz sahili, Buzovna qəsəbəsi
    Telefon:
    (+994 55) 550-99-90
    (+994 12) 511-99-90
  • CRESCENT BEACH

    Məşhur otelin nəzdində olan bu çimərlikdə həmişə təmizlik və yüksək xidmət səviyyəsi gözlənilir. Bundan başqa, onun 400 metrlik çəpərlə ayrılmış özəl çimərlik ərazisi həmin yerin bir çox müsbət cəhətlərinə daha bir əlavədir. Bu kompleks: paltar dəyişmə yerindən tutmuş, duşxanalara, tennis kortuna və basketbol meydançasına qədər hər cür çimərlik xidmətlərinin geniş spektrindən istifadə etməyi təklif edir.



    Ünvan:
    Bakı şəh., Cənub dəniz sahili, Şıx qəsəbəsi
    Telefon:
    (+994 12) 497-47-77
  • MIRVARI BEACH

    Xidmətlərinin çeşidi və kifayət qədər yüksək servis səviyyəsi ilə istirahət edənləri cəlb edən ən yaxşı sahil çimərliklərindən biridir. İstirahət üçün məhz bu çimərliyin seçilməsi onun göstərdiyi xidmətlərdən asılıdır: əyləncələr (skuterlər, bananlar), futbol, voleybol meydançaları, pivə barları, sahildə ayrıca VIP zonalar, banket zalı və diskoteka. «Mafiya» oynu həvəskarları üçün burada hər şərait yaradılmışdır. Belə inkişaf etmiş çimərlik  infrastrukturu ilə az müəssisələr  fəxr edə bilər, odur ki, burada həmişə adam çoxdur.



    Ünvan:
    Bakı şəh., şimal dəniz sahili, Zuğulba qəsəbəsi
    Telefon:
    (+994 12) 553-07-34
    (+994 55) 553-07-34
  • RAMADA BEACH

    Ramada otelinin nəzdində olan çimərliyi Bakının ən layiqli çimərlik komplekslərinə aid etmək olar. Burada müştərilərə çimərlik avadanlığının bütün növləri təqdim olunur: stollar, stullur, taxtlar, çətirlər, paltar dəyişmə yerləri, duşlar. Bundan başqa, siz skuterdən istifadə edə, bilyard oynaya bilərsiniz. Uşaqlar üçün uşaq meydançası təqdim olunur ki, bu da valideynləri sevindirməyə bilməz.



    Ünvan:
    Bakı şəh., Cənub dəniz sahili, Şıx qəsəbəsi
    Veb sayt:
    www.ramadabaku.com
    Telefon:
    (+994 12) 491-73-03
  • SHERLOCK'S BEACH

    Öz infrastrukturuna rahat kottecləri, hovuzları, barları, patio-zonanı, divanları, restoran pavilyonunu, bilavasitə dənizin qayaları üstündə tikilmiş köşkləri, şüşəbəndi və kiçik estakadanı daxil edən restoran-mehmanxana kompleksidir. Bütün bu zonalar kompleksin ərazisində ahəngdar surətdə yerləşdirilmiş və bir-birini tamamlayır və müştərilərə istirahət etmək üçün ürəyinə yatan yeri seçməyə imkan verir. Ərazidə habelə uşaq meydançası, gənclərin aktiv istirahət etməsi üçün yüksək sürətli kater və banan vardır. Çadırda xəlvətə çəkilərək ərəb qəlyanından və şərq şirniyyatından həzz almaq olar. Zəmanəmizin interaktiv gerçəkliyindən fikrən tam ayrılmağa hələ hazır olmayanlar üçün gecə-gündüz İnternet ilə birləşmiş Wi-Fi qoşulmuşdur.

    Axşamlar Sherlock`s beach-da istedadlı kollektivin ifasında canlı musiqi səslənir. Vokal və alətlər kompozisiyası zərif və incə mühit yaradır. Səhərlər «Kənddə səhər yeməyi»  sifariş vermək olar, bu ad altında təzə bişirilmiş milli çörəklə kənd məhsullarının verilməsi nəzərdə tutulur.

    Bu cəhcəllalı istirahət yerini tərk edərkən siz burada aldığınız təəssüratları özünüzlə aparacaqsınız, o xatirələr də sizi dönə-dönə bura çağıracaqdır.



    Ünvan:
    Bakı şəh., şimal dəniz sahili, Zuğulba qəsəbəsi
    Telefon:
    (+994 12) 453-59-59
    (+994 50) 552-59-59
  • XEZER BEACH

    Zuğulba qəsəbəsinin dəniz sahilində yerləşən bu çimərlik ona görə məşhurdur ki, sahil xəttinin bu kəsiyində siz bundan artıq abadlaşdırılmış yer tapa bilməzsiniz. Xidmətlərin orta səviyyəsi qiymətinin ucuzluğu ilə özünə bəraət qazandırır. Lakin mövsümün qızğın çağında siz burada boş yer tapa bilməzsiniz, həm ümumi, həm də ayrı-ayrı köşklərdə adam həmişə çox olur.



    Ünvan:
    Bakı şəh., şimal dəniz sahili, Zuğulba qəsəbəsi
    Telefon:
    (+994 55) 670-91-01