Müalicə, sağlamlıq və SPA

Müalicə, sağlamlıq və SPA

  • AMBASSADE DE LA BEAUTE

    Ambassade de la Beaute gözəllik və sağlamlıq mərkəzi – gözəllik sənayesinin ən qabaqcıl, təməlində dərin elmi yanaşma olan metodika və texnologiyaları əsasında estetik ideal yaradan bir yerdir. Kompleks özündə premium sinifli mərkəz, SPA-mərkəzi, fitnes-mərkəzi, kafe, uşaq otağı, günəşlənmə zalı və lüks sinifli salon-studionu birləşdirir. 



    Ünvan:
    Bakı şəh., A.Ələkbərov küç. 1054
    Veb sayt:
    www.ambassadebaku.com
    Telefon:
    (+994 12) 530-87-77
    (+994 12) 530-85-55
  • AQUA PARK FITNESS&SPA RECREATION

    Kompleks bədən tərbiyəsi-sağlamlıq xidmətlərinin böyük seçimini təklif edir. Uzunluğu 25 m, eni 12 m-lik hovuz, 6 yaşadək uşaqlar üçün xüsusi hazırlanmış kiçik hovuz, həmçinin ixtisaslı məşqçinin olduğu geniş trenajor zalı müştərilərin ixtiyarındadır. Pankration və pilates ilə məşğul olmaq üçün ayrıca zal var.  Kompleksdə həm kişilər, həm də qadınlar üçün buxarlı və quru saunalar yerləşir, burada cakuzi, qəhfə skrabı tətbiq edilməklə  pilinq (kisə),  həmçinin balla və sabunla massaj xidmətlərindən yararlanmaq olar. 



    Ünvan:
    Bakı şəh., Rəşid Behbudov küç. 59
    Veb sayt:
    www.facebook.com/akvaparkbaku
    Telefon:
    (+994 12) 447-03-03
    (+994 12) 596-11-15
  • ASTORIA FITNESS & SPA CENTER

    "Astoria-Baku" fitnes və  SPA mərkəzi bütün istirahət və əyləncə həvəskarlarına dostları və ailəsi ilə birgə  istirahət etmək imkanı yaradır. Burada idman hovuzu, SPA zona, cakuzi, sauna  müştərilərin xidmətinə verilir. Mərkəz qrup halında və fərdi qaydada  geniş fitnes-proqramları seçimini, əlavə olaraq çoxçeşidli xidmətlər təqdim edir. Yüksək keyfiyyətli xidmət və səmimi mühit, rahat maşın saxlanan yerlər və uşaq klublarının olması heç kimi biganə qoymayacaqdır. 



    Ünvan:
    Bakı şəhəri, 8 km qəsəbəsi,. Babek pr, 65b («Sərin» restoranının arxası).
    Veb sayt:
    www.astoria-fitnes.com
    Telefon:
    (+994 12) 570-00-45
    (+994 55) 205-00-19
    (+994 55) 205-00-69
    (+994 55) 206-00-49
  • BEAUTY PALACE

    Anti-aging kliniği Beauty Palace kozmetoloji hizmetleriyle, SPA ve imaj alanını, aqua-aerobiği, fitness salonunu birleştirmektedir. Burada tıbbi ve kozmetoloji prosedürlerinden yararlanmak, tedavi edici ve gençleştirici kürlerden geçmek, SPA alanında rahatlamak, imaj alanında dış görünüşünüzü kökten değiştirmek mümkündür. Üstelik kozmetoloji kurslarından gelecekteki anne okulundan, vizaj ve makyaj derslerinden faydalanılabilecek eğitim merkezi de müşterilerin hizmetine amadedir.



    Ünvan:
    Bakü, Tebriz sok., No 107
    E-mail:
    info@beautypalace.az
    Veb sayt:
    www.beautypalace.az
    Telefon:
    (+994 12) 514-45-44
    (+994 12) 514-45-41
    (+994 12) 514-45-40
    Fax:
    (+994 12) 514-45-41
  • BODY SLIM

    Gözəllik, fitnes və sağlamlıq mərkəzi Body Slim geniş çeşiddə xidmətlər göstərir.  Burada həmçinin kosmetologiya: epilyasiya, fotocavanlaşdırma, pillinq, üzün təmizlənməsi və massajı da var. Massajın müxtəlif növləri, qirudoterapiya, sarıma tətbiq olunur. Mərkəzdə trenajor zalı, fitnes zal, hovuz, sauna, solyari fəaliyyət göstərir. Arzu edənlər aerobika və akvaaerobika, pilates, yoqa və rəqslərlə məşğul ola bilərlər.



    Ünvan:
    Bakı şəh., Fətəli xan Xoyski pr-ti 108 («Gənclik» şadlıq sarayının yanı)
    E-mail:
    info@bodyslim.az
    Veb sayt:
    www.bodyslim.az
    Telefon:
    (+994 12) 465-53-63
    (+994 51) 312-53-63
  • BƏYAZ LOTUS ESTETİK MƏRKƏZİ VƏ SPA

    Yalnız qadınlar üçün nəzərdə tutulan gözəllik və sağlamlaq mərkəzlərindən biri. Geniş üzgüçülük hovuzu, cakuzi, fito bar, massaj otaqları, kometologiya, buxar otağı, sauna, trenajor zalı, yoqa, duş kabinaları, müalicəvi vannalar müştərilərin xidmətindədir.  Bundan əlavə, gözəllik salonu, lazer epilyasiyası, arıqlamaq üçün massaj və aparat kosmetologiyası, pilates, hidromassaj vannaları vardır. Peşəkar məşqçi müştəri üçün fərdi dərs  proqramını seçə bilər. Böyüklərin dincəldiyi bir vaxt uşaq otağında ixtisaslı dayələr idrak oyunları ilə  balacaların başını qatacaq. 



    Ünvan:
    Bakı şəh., Həsənbəy Zərdabi pr-ti 3165
    Veb sayt:
    www.beyazlotus.net
    Telefon:
    (+994 12) 431-45-47
    (+994 50) 643-45-47
  • FISHSPA

    FishSPA salonu pedikürün ekzotik yeniliyini – Garra Rufa  adlı «həkim qızıl balıq» tərəfindən həyata keçirilən Fiş pilinqi təqdim edir.  Bu balıqlar cənubi-şərqi Asiyanın termal bulaqlarında yaşayır və dərinin ölmüş hissələrini qəbul edərək onu təmizləmələri və cavanlaşdırmaları ilə  tanınırlar. Cəmi 20 dəqiqəlik xoş pilinq və keyfiyyətli pedikür hazırdır. Balıqların  seliyində  yara sağaldıcı təsiri və dəri hüceyrələrinin təzələnməsinə və regenerasiyasına səbəb olan bioloji aktiv ferment –«sirr» vardır.  Balıqlar dərini qalınlaşmış qatdan təmizləyir və beləliklə də məsamələri açırlar və dərinin nəfəs almasına və qan dövranının yaxşılaşmasına səbəb olurlar.  Bu balıqlar dişləyə və yaxud hər hansı xətər yetirə bilmirlər. Bu çox xoşagələn prosedurdur və rahatlaşdırıcı massaj təsiri bağışlayır. Heç bir əks göstərişi yoxdur, hamı üçün faydalı və sterildir. 



    Ünvan:
    Bakı şəh., Azadlıq 105 (Nəsimi bazarının yanı)
    E-mail:
    info@fishspa.az
    Veb sayt:
    www.fishspa.az
    Telefon:
    (+994 12) 555-13-94
    (+994 12) 440-56-11
    (+994 55) 210-82-91
  • GAZELLI SPA&WELLNESS

    Sheraton otelindəki  incə gözəllik, rahatlıq və dəbdəbəli qulluq fəlsəfəsiylə zəngin inanılmaz bir dünya olan  Gazelli SPA&Wellness Sizi şəhərin səs-küyü içərisində hər birinizin fiziki və mənəvi qüvvəsini bərpa edə, sağlamlıq və xarici görünüşünə qayğı göstərə biləcəyi Spa oazisinə dəvət edir. 



    Ünvan:
    H.Əliyev adına Beynəlxalq Hava Limanı
    E-mail:
    spa@gazelligroup.com
    Telefon:
    (+994 12) 497-18-89
  • GERMAINE DE CAPUCCINI

    Peşəkar və ev şəraitində qulluq üçün  nəzərdə tutulan İspaniyanın tanınmış kosmetoloji brendi artıq Bakıda!  Bu kosmetoloji xəttin yaradıcısı uzun illər Fransada yaşayan ispaniyalı ledi Karmen Vidaldır. Müasir qadınların zövqünü və tələblərini nəzərə alaraq, sağlamlıq və gözəllik arasında balansı qoruyaraq Karmen Vidal Germaine De Capuccini düsturunu yaratdı. Aparat kosmetologiyasının ən son nailiyyətlərini özündə birləşdirən və yüksək ixtisaslı həkimləri ilə tanınan "Germaine De Capuccini" estetika mərkəzi ən tələbkar müştərilərin istəklərini yerinə yetirəcək. 



    Ünvan:
    Bakı şəh., Hənifə Ələskərova küç. 1003-cü məhəllə, Bridge Plaza, korpus 4
    Veb sayt:
    www.germaine-de-capuccini.com
    Telefon:
    (+994 12) 596-54-94
    (+994 12) 596-64-94
    (+994 50) 242-55-44
    Fax:
    (+994 12) 596-34-94
  • HI-FI ESTETİK

    SPA-prosedurları stressdan tam yaxa qurtarmaq, gücü-qüvvəni bərpa etmək və enerji toplamaq imkanı yaradır.  İstənilən prosedur adama xoş gəlir, bu  da  səkkiz saatlıq  sağlam yuxunun alınmasına bərabərdir. Bir həftə ərzində hər gün HI-FI Estetik salonuna gəldikdən sonra  çoxları böyük sevinclə aşkar edirlər ki, bir neçə kiloqram arıqlamışlar, dəri isə çox hamar və  möhkəm olmuşdur.

    Salonda qədd-qaməti formada saxlamaq, doğuşdan sonra bərpa olunmaq, kürəyi möhkəmlətmək, sellülotdan və ayaqlarda olan ağırlıqdan xilas olmaq və habelə sifətin rəngini yaxşılaşdırmaq  üçün prosedurlar mövcuddur.

    SPA-zonada  isti, soyuq, yosunlu bürünmələr, ağ gil bürünmələri, pilinq təklif olunur ki, bunlar da gündə qaralmaq və SPA–prosedur, limfodrenac, termoyorğan üçün ən yaxşı hazırlıqdır. 



    Ünvan:
    Bakı şəhəri, Aşıq Molla Cuma küçəsi, 17B
    E-mail:
    hifiestetik@gmail.com
    Veb sayt:
    www.estetik.az
    Telefon:
    (+994 50) 489-00-41
    (+994 12) 465-46-06