• KIDS PLANET

    BakınınMagicLanduşaq əyləncə  klubunda ailəvi  istirahəti, sözün əsl mənasınd,a şən və yaddaqalan edən  xeyirxahlıq və rahatlıq abu-havası hökm sürür. Bu uşaq mərkəzində  körpənin ad gününü, buraxılış gecəsini və yeni il bayramlarını qeyd etmək olar. Burada uşaqları  şən klounlar, animatorlar, heyvanlar və onların təlimçiləri və əlbəttə ki, üzügülər tərbiyəçilər gözləyir. Uşaq ürəyi istədiyi qədər qaça, tullana, oynaya, qışqıra, şar ata, bir sözlə enerjisini sərf edə bilər. 



    Ünvan:
    Bakı şəh., Azadlıq prospekti, 28 Mall TM, 4-cü mərtəbə.
    Telefon:
    (+994 12) 499-87-68
  • KOALA PARK

    Koala Park Azərbaycanda həm uşaqların, həm də böyüklərin özlərini yaxşı hiss etdikləri nadir əyləncə kompleksidir. Gözəl tərtib edilmiş, hər zövqə uyğun gələn təhlükəsiz attraksionlar: üfürülmüş batut, təpələr, karusellər və habelə cürbəcür yelləncəklər. «KoalaPark»ın ərazisində uçmaq, şahzadəyə, polisə, rokerə çevrilmək, nağıllarda olan savannalarda səyahət etmək və böyük «Ailə təpələri» attraksionundan həzz almaq olar, buradakı gülüş və sevinc qışqırıqları sizin hisslərinizi daha aydın büruzə verər.



    Ünvan:
    Bakı şəh., Azadlıq pr., 95
    Veb sayt:
    www.koalapark.az
    Telefon:
    (+994 12) 441-11-09
  • LIMPOPO

    «Limpopo» klubu şən və inkişaf etdirici attraksionlar təklif edir: təpələri, boruları, asma görpüsü olan labirint, əngəllər zolağı və şariklərlə dolu hovuz (10 yaşına kimi uşaqlar üçün). Buradakı batut, yumşaq təpələr, şən yelləncəklər, şariklərlə dolu hovuz, məzəli parovoz, evlər kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşaqlar və böyüklər üçün rahat qəhvəxana açılmışdır.  «Limpopo» klubunda həmişə uşaqları qayğıkeş tərbiyəçilərin yanında qoyub, təcili işlərinizlə məşğul ola bilərsiniz.



    Ünvan:
    Bakı şəh., M. Qaşkay küç., 28
    Telefon:
    (+994 12) 418-97-94
  • MAGIC LAND

    BakınınMagicLanduşaq əyləncə  klubunda ailəvi  istirahəti, sözün əsl mənasınd,a şən və yaddaqalan edən  xeyirxahlıq və rahatlıq abu-havası hökm sürür. Bu uşaq mərkəzində  körpənin ad gününü, buraxılış gecəsini və yeni il bayramlarını qeyd etmək olar. Burada uşaqları  şən klounlar, animatorlar, heyvanlar və onların təlimçiləri və əlbəttə ki, üzügülər tərbiyəçilər gözləyir. Uşaq ürəyi istədiyi qədər qaça, tullana, oynaya, qışqıra, şar ata, bir sözlə enerjisini sərf edə bilər. 



    Ünvan:
    Bakı şəh., Naxçivani küç., 37
    Telefon:
    (+994 12) 436-56-73
    (+994 55) 550-41-43
    (+994 50) 520-00-76
  • MELEK

    Uşaqlar peşəkar təşkilatçı-tərbiyəçilərin nəzarəti altında attraksionlarda və oyun labirintlərində böyük həvəslə vaxtlarını keçirirlər. Melek klubunun uşaq otağı 1 yaşından 10 yaşına kimi uşaqların yaşına uyğun avadanlıqla təchiz edilmişdir. Quru hovuzu, şarikləri və təpələri olan labirint, cürbəcür oyunlar və oyuncaqlar, uşaq attraksionları, avtomatik yelləncəklər, oyun avtomatları uşaqların xidmətinə verilir. Klubda həmçinin uşaq gözəllik salonu fəaliyyət göstərir. Uşaqlar üçün çərşənbə günləri saat 19:00-dan 20:00-dək, şənbə günü saat 19:00-dan 20:00-dək, bazar günü saat 18:00-dən 19:00-dək animasiya şou-proqramı işləyir.

    Klubun ərazisində qəhvəxana və Vip restoran yerləşir, uşaqları oyun otağına buraxıb, burada ailəlikcə sərbəst istirahət etmək olar.



    Ünvan:
    Bakı şəh., Mirəli Qaşqay küç., 94
    Telefon:
    (+994 12) 541-24-94
    (+994 55) 386-88-88
  • RÖYALAR DÜNYASI

    Adından da göründüyü kimi, Röyalar uşaq mərkəzi  həqiqətən də uşağın inkişafına tamamilə fərqli yanaşma təklif edir. Burada övladlarının fərdi şəxsiyyət, həyatı sevən bir adam kimi böyüməsini istəyən valideynlərə  kömək etməyə hazırdırlar. Mərkəzdə uşağın emosional-fərdi inkişafı prioritet hesab olunur və   buna yaradıcılıq potensialının formalaşdırılması daxildir. Röyalar   mərkəzində  bütün fənnlər  bir-birilə bağlıdır. Yəqin hamı bilir ki, qumla oynamaq uşaqların ən çox sevdikləri məşğuliyyətlərdəndir.  Tanınmış psixoterapevt Karl Qustav Yunqun  qəribə  bir kəşfini  yadımıza salaq – qum emosiyaları tarazlaşdırır, və beləliklə də  insan psixikasına müsbət təsir göstərir. Qumun mənfi enerjini, mənfi emosiyaları: aqressiyanı, kədəri, müxtəlif növ daxili münaqişələri udduğunu  və onları  müsbətə çevirdiyini də unutmaq olmaz. Qumla  rəsm studiyasını yaratmaq  ideyası  belə meydana gəldi.  Burada uşaq qumla rəsm çəkmək bacarıqlarına yiyələnir, bu bacarıqlar onun zehni və yaradıcılıq vərdişlərinin inkişafına təkan verəcək. Bunlar Röyalar uşaq  studiyasının nou-xausudur. 



    Ünvan:
    Bakı şəh., T.Elçin küç., 6, m. 13
    Telefon:
    (+994 12) 492-21-92
    (+994 55) 266-24-42
  • TOM & JERRY

    Uşaq əyləncə mərkəzi "Tom & Jerry"-də sizin uşaq saatlarla maraqlı oyunlarla oynaya bilər: o müxtəlif oyun avtomatlarında və ya Zoom mərkəzdə oynaya, uşaq boulinqində və ya avtodromda vaxtını şən keçirə bilər. Multfilm həvəskarları üçün böyük multoteka, balaca xanəndələr üçün isə – karaoke fəaliyyət göstərir. Valideynlər rahat öz işlərini görə bilərlər – peşəkar tərbiyəçilər bir dəqiqə də olsun uşaqları nəzarətsiz qoymaz, onlar üçün daim yeni-yeni oyunlar fikirləşib taparlar. Mərkəz habelə ad günlərinin, uşaq bayramlarının, cürbəcür mərasimlərin şad və xürrəm keçirilməsini təşkil edir.



    Ünvan:
    Bakı şəh., Akademik Həsən Əliyev küç., 74
    Telefon:
    (+994 12) 441-36-24
    (+994 55) 563-99-74
  • TRIO

    Trio uşaq mərkəzi  uşaqlara əsil mənasında şən gün təmin etməklə  işləyən valideynlərin qayğılarını azaldır. Mərkəz  uşağın ümumi dünyagörüşünün vacib inkişaf istiqamətini özündə birləşdirib: təhsil, yaradıcılıq, fiziki inkişaf.  Burada uşaqların müxtəlif sahələrdə inkişafına kömək edəcək proqram hazırlanıb. Ev tapşırığı  bütün fənlər üzrə təcrübəsi olan ixtisaslı müəllimlərin rəhbərliyi altında öz həmyaşıdları arasında dostluq şəraitində həyata keçiriləcək. Ümumi dünyagörüşünü inkişaf etdirmək üçün Mərkəz paytaxtın və Azərbaycanın  baxmalı və tarixi yerlərinə ekskursiyalar təşkil edir.  Burada uşaqlar Azərbaycanın maraqlı və məşhur insanları,  ilətanışolacaq,  ölkələrinin mədəniyyəti, mətbəxi və digər baxmalı yerlərini görəcək səfirliklərin nümayəndələri ilə görüşəcəklər. 



    Ünvan:
    Bakı şəh.,D.Əlieva küç. 251A
    Veb sayt:
    www.triomerkez.com
    Telefon:
    (+994 12) 496-72-10
    (+994 50) 325-78-91
    (+994 50) 683-28-18
  • YENİ NƏFƏS AKADEMİYASI

    Yeni Nəfəs Akademiyası — uşaq təhsil- əyləncə mərkəzi bir sıra maraqlı xidmətlər təklif edir. «Bizim ağıllılar» studiyasında (3-5 yaşlı uşaqlar üçün) savad, riyaziyyat dərsləri, ətraf mühitlə tanışlıq,  psixoloqla məşğələ, təsviri incəsənət dərsləri, ingilis dili dərsləri keçilir. Nahar fasiləsində uşaqları  inkişaf etdirici oyunlar, cizgi filmləri, öyrədici proqramlar və s. gözləyir.

    Mərkəzdə həmçinin «Gələcəyin əlaçısı» (5-7 yaşlı uşaqlar üçün) studiyası, «Gələcəyin strateqi» (yaş məhdudiyyəti yoxdur), «Demosfen» (yaş məhdudiyyəti yoxdur), şərq döyüşləri bölməsi (oğlanlar üçün, yaş məhdudiyyəti yoxdur), incəsənət məktəbi və s.  fəaliyyət göstərir.  Mərkəzdə  mehriban animatorların olduğu  ZOOM oyun otağı (batutlar,  topların olduğu hovuz, təpələr, labirintlər, həmçinin inkişaf etdirən uşaq oyunları, oyuncaqlar və bir çox digər şeylər), oyun aparatları, PlayStation 3, sürətli internet, Q-Zar oyun otağı, 3 D Kinoteatr, müxtəlif tədbirlərin təşkil olunduğu Party Time restoranı vardır.  



    Ünvan:
    Bakı şəh., Mərdanov qardaşları küç., 117B (Rusiya Federasiyasının arxası)
    Veb sayt:
    www.yeninafas.az
    Telefon:
    (+994 12) 596-84-00
    (+994 12) 596-85-00
    (+994 55) 296-84-00
    (+994 55) 296-85-00