Naftalan

Naftalan

  • Naftalan nədir ?

    Qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu (-20 0C) dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. 
    Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.

    Naftalanın əsas müalicəvi komponentləri onun tərkibinin əsasını təşkil edən, yüksək molekullu, çoxhalqalı quruluşa malik (tsiklopentan-perhidrofenantren) naften karbohidrogenləridir. Bundan başqa naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır .
    Naftalan müalicə amili güclü iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir. Naftalan neftinin bu xüsusiyyətləri mərkəzdə 70 – dən artıq xəstəliyi müalicə etməyə imkan yaradır.

    Yodbromlu su:
    Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur

  • Orta müalicə müddəti və müalicə amili

    15 gündür. 15 gün ərzində 10-11 naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir. Mərkəzdə xəstələrin diaqnozundan asılı olaraq onlara ilk növbədə naftalan vannası və ya yod-brom vannası və xəstəlikdən asılı olaraq massaj, MBT və fizioterapiya müalicə kursu təyin edilir.

    Naftalan güclü ağrıkəsici, iltihabəleyhi, damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37 -38*C - dir. Vanna qəbulu müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 naftalan vannası təşkil edir. Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşağı ətraflar üçün naftalan vannası şəklində təyin olunur . Ümumi naftalan vannası – xəstə vannada uzanır , ürək nahiyəsi naftalandan xaricdə qalmalıdir . Oturaq naftalan vannası - xəstə qursağadək naftalan vannasının içərisində oturur, ehtiyac olarsa qollarını da dirsəyədək vannaya salır . Aşağı ətiraflar üçün naftalan vannası – xəstə xüsusi oturacağın üstündə oturur, ayaqlarını dizdən yuxarıyadək naftalan vannasının icərisində yerləşdirir. Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir , xüsusi kağızla silinir və duş qəbul edir . Duşxanada suyun altına keçməzdən qabaq hamam lifini isladıb sabunlayıb quru bədəni liflə sabunlamaq lazımdır , sonra duşun altına keçib yuyunmaq lazımdır , belə olduqda naftalan bədəndən asan təmizlənir . Duşda suyun istiliyi 38 – 39 oC olmalıdır, duş qəbulu müddəti isə 15 – 20 dəqiqədən artıq olmamalıdır . Vanna qəbulundan sonra duş qəbul edərkən başı yumaq məsləhət deyil . Vanna qəbulundan sonra xəstə 1 saatadək dincəlməlidir . Naftalan müalicəsi qəbul edərkən, adətən birinci - dördüncü vanna qəbulu zamanı balneoreaksiya baş verir: xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları, yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir. Balneoreaksiya baş verdikdə müalicə həkiminə müraciət etmək lazımdır . Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır . Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.

  • Naftalan yerləşdirmə
    • Chinar Hotel & Spa

      2011-ci ildə tikilib, 3 korpus, 1-2-7 mərtəbə, 170 otaq
      Naftalan şəh., Şirvan pros., 12 AZ 4600
      (+994 255) 2 10 00
      Fax: (+994 255) 2 10 91
      Oteldən şəhərin mərkəzinə olan məsafə: 5 km
    • Çinar Hotel & Spa Naftalan

      Naftalan şəhəri, Şirvan pr.
      2-10-00/91; (050) 235-75-97
    • NAFTALAN

      İnşa edilmişdir (il) 2005, Korpuslar 3, Mərtəbə 3, Otaqlar 70
      Naftalan şəh., Şirvan prospekti 31, AZ4600
      (+994 255) 2 26 85, (+994 50) 649 31 41, (+994 50) 315 48 29
      Fax: (+994 255) 2 30 38
      Oteldən şəhərin mərkəzinə olan məsafə: 10 km
      Gülüstan və Şatal qalaları
    • Naftalan Hotel by Rixos (5 ulduz, keçmiş Qaşaltı sanatoriyası)

      2011-ci ildə tikilib, 5 mərtəbəli oteldə, 3 kottec, 92 otaq var.
      Naftalan şəhəri, Şirvan prospekti, 37.
      (+994 22) 352-30-03
      Fax: (+994 22) 352-30-30
      Oteldən şəhərin mərkəzinə olan məsafə: 3 km
      20 km
      Şəhər kurort parkı