Necə gəlmək

Necə gəlmək

İstənilən ölkəyə  səyahət etməyi planlaşdırarkən, onun bəlkə də ən vacib tərkib hissəsi, nəqliyyat olur. Əlbəttə, hamı istəyir ki, nəqliyyat  həmişə əl altında, rahat olsun. Bəs Azərbaycanda nəqliyyatla vəziyyət  necədir? Ən əvvəl, ölkəyə necə gəlib çıxmaq barədə danışaq.

  • Aviasiya nəqliyyatı

    Əvvəlan bu, milli aviadaşıyıcı  - «Azərbaycan Hava yolları» AZAL-dır, o, Bakı Heydər Əliyev Beynəlxalq aeroportu və ölkənin digər aeroportları vasitəsilə uçuşlar həyata keçirir.
    AZAL-ın martşrut şəbəkəsi  kifayət qədər genişdir: bu, Avropanın əsas şəhərləri və MDB ölkələrinin paytaxtlarıdır, yerli istiqamətlərdən ən çox istifadə olunan marşrut – Naxçıvan Muxtar Respublikasınadır, burada hava nəqliyyatı ölkənin digər əraziləri ilə yeganə əlaqə vasitəsidir  (biletin dəyəri hər iki tərəfə 100 avro təşkil edir). Ölkə daxilində Gəncədə, Lənkəranda, Zaqatalada, Qəbələdə də aeroportlar fəaliyyət göstərir. Qəbələdə olan beynəlxalq aeroport lap bu yaxınlarda istifadəyə verilmişdir. O, əsasən turistlərə xidmət edir. Yaxın illərdə  əsrarəngiz təbiətə malik bu şəhərdə spo-kurortlar,  dəbdəbəli otellər, uşaq mərkəzləri, ippodrom, qolf üçün çəmənliklərin salınması, dağ-xizək kurortunun tikilməsi planlaşdırılır.
    Aparıcı Avropa aviaşirkətlərinin çoxunun təyyarələri Bakıya uçur. Avropalılar üçün belə variantlardan biri Baltikyanı aviaşirkət – AirBaltic-dir. Mərkəzi Avropadan Azərbaycana daha ucuz qiymətə məhz bu aviadaşıyıcı ilə çatmaq olar,  habelə mürəkkəb marşrutu planlaşdırarkən bu yolda daha çox qənaət etmək mümkündür.   AirBaltic-da dəyərin hesablanması seqmentlərin cəmlənməsi nəticəsində əldə edilir, digər ənənəvi aviaşirkətlərdə biletin bir tərəfə dəyəri  AirBaltic-də iki tərəfin dəyərinə bərabər ola bilər. Kiyevdən Aeroflot ən yaxşı halda Moskvadan keçməklə 320 dollara aparır. AZAL-da Kiyev-Bakı-Kiyev müntəzəm reyslərin dəyəri 450 dollar, Parisə – 700 dollar, Londona – 900 dollardır.
    AZAL MDB ölkələrinə:  Aktauya, Kiyevə, Mineralnıe Vodıya, Moskvaya, Novosibirskə, Tbilisiyə, habelə  Ankaraya, Dubaya, Kabula, Londona, Milana, Parisə, Romaya, İstambula, Tehrana, Tel-Avivə, Urumçiyə birbaşa reyslər həyata keçirir.
    Əgər sizdə marşrut mürəkkəbdirsə, sizin üçün daha bir sərfəli yol vardır – səyahətinizə Dubay vasitəsilə davam etdirin. 2009-cu ildə ərəb loukost FlyDubai Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə başladı. Hazırda Bakı-Dubay bir tərəfə 2 saat uçuş və 200 dollardır, oradan isə istənilən reyslə FlyDubai və ya  Emirates marşrut şəbəkəsi ilə yolu davam etdirmək olar.
    Bundan başqa, Qatar Airways aviaşirkəti bütün dünyadan 100-dən çox  istiqamətdən Bakıya reyslər həyata keçirir (www.qatarairways.com).
    AZAL aviaşirkəti Pegasus Airlines şirkəti ilə razılığa əsasən Avropanın və Türkiyənin bir çox şəhərlərinə aşağı qiymətlərlə biletlər təklif edir. Ştutqart və  Kölnə 330 avrodan, Amsterdam, Stokholm, Bazel, Kopenhagen, Sürix, Münxen, Berlin və Düsseldorfa 340 avrodan başlayaraq biletlər təklif edir.
    Habelə şirkətlər Türkiyənin 15 şəhərinə 290 avrodan başlayan biletlər təklif edir. Bütün qiymətlər aeroport yığımları daxil olmadan göstərilmişdir.
    Aviaşirkətin reyslərinin cədvəlləri ilə  www.azal.az. saytında tanış olmaq olar. 
    Turistlər üçün xoş xəbər: AZAL Aviaşirkətinin təyyarələrinin bortunda indi mobil telefondan istifadə etmək olar, növbəti mərhələdə isə operator tərəfindən  internet-xidmətlərin göstərilməsi olacaqdır. Bu, MDB məkanında təyyarələrin bortunda bütün rabitə xidmətlərinin göstərilməsi üzrə  ilk layihə  olacaqdır.
    Azərbaycanın mobil rabitə Operatoru – Azerfon, aviaşirkətin hava gəmilərində mobil rabitə  xidmətləri göstərmək üçün 10 illiyə müstəsna razılıq əldə etmişdir. Lakin digər iki operator da  Azerfonla  rouminq  sazişi bağlayaraq təyyarələrin bortunda mobil rabitə xidmətləri göstərə bilərlər.
    Bu sistem AZAL şirkətinin artıq 9 aerobusunda tətbiq olunmuşdur, gələcəkdə isə daha 4 aerobusda və 3 Boeing Dream Liner-də tətbiq olunacağı gözlənilir. Yeri gəlmişkən, təyyarənin olduğu zonadan asılı olmayaraq, zəngin bir dəqiqəsinin qiyməti 1,75 manatdır.

  • Dəmiryol nəqliyyatı

    Avia nəqliyyatından keçirik dəmiryol nəqliyyatına. Təəssüflər olsun ki, Azərbaycanda bu yerüstü nəqliyyat növü üstünlük təşkil etmir, ona görə də sürətli və müasir olmamışdır.
    Hazırda Tbilisi-Bakı, Tümen-Bakı, Rostov-Bakı, Xarkov-Bakı və digər  marşrutlardan istifadə etmək olar.
    İstiqamətlər və qatarların hərəkəti barədə ətraflı məlumatı www.railway.gov.az saytından əldə etmək olar.

    Elektrik qatarları və yerli qatarlar çox ləng gedir, odur ki, ölkə daxilində avtomobil nəqliyyatına üstünlük verilir.

  • Avtobuslar və  marşrut taksiləri

    Aeroportdan şəhərə gedənlərin nəzərinə çarpan ilk  xüsusiyyət – aeroporta gedən yolun yüksək keyfiyyətli olmasıdır. Özü də bunlar ikitərəflidir! Odur ki, təyyarəyə minmək üçün aeroporta gedərkən tıxacda qalmaq təhlükəsi ehtimalı azdır. Aeroportdan Bakının mərkəzinə 25-30 dəqiqəlik yoldur. Taksinin qiyməti 20-25 avrodur.
    Çox vaxt aeroporta gedən avtoban keçmiş sovet ölkələrinin fəxr etdikləri yeganə xüsusiyyət olur, lakin bu, Azərbaycan barədə deyilməmişdir, burada nəqliyyat infrastrukturunun inkişafı ən üstün dövlət vəzifələrindən birinə çevrilmişdir. Bütün turist mərkəzlərinə mükəmməl örtüklü, bütün nişanlar qoyulmuş əla yollar salınmışdır, odur ki, ölkədə səyahət etmək adama böyük ləzzət verir.
    Bakı ilə Azərbaycan regionları arasında avtobuslarla və marşrut taksiləri ilə hərəkət etmək olar. Marşrut taksilərində Bakıdan Zaqatalaya yol pulu təxminən  (7 avro), Şəki (5 avro), Lahıc (4 evro) təşkil edir.
    Ölkə daxilində bütün istiqamətlərə gediş haqqı və avtobusların hərəkət qrafiki ilə bu link vasitəsi ilə tanış olmaq olar.

    Bakı beynəlxalq  avtovağzal kompleksinin sərnişin avtobuslarının tarifləri və hərəkət qrafiki ilə bu link vasitəsi ilə tanış olmaq olar.
    Bakı beynəlxalq  avtovağzalı şəhərin girişində yerləşir. Ora 20 Yanvar metro stansiyasından N197, 116, 90 nömrəli marşrut avtobusları ilə çatmaq olar.  90 №-li avtobus avtovağzaldan paytaxtın mərkəzinə gedir.
    Paytaxtda şəhər avtobuslarında gediş haqqı 0.2 avro təşkil edir.

  • Taksi

    Bakıda taksi – bənövşəyi London kebləridir! Yerli əhali onu «badımcanlar» adlandırır, keblərin istehsalı keçən illərdə ingilislər tərəfindən çinlilərə satılmışdır. Müqaviləyə əsasən Azərbaycanın paytaxtına 3000 belə bənövşəyi taksilər gətirilməli idi. İndi Bakıda təxminən 1000-ə yaxın belə taksilər var.   İlk «LondonTaxi» GeelyTX4 Azərbaycana 2011-ci ildə gətirilmişdir.
    Qeyd etmək lazımdır ki, belə taksinin salonuna 5 sərnişin yerləşir, özü də qabaqda sərnişin yeri əvəzinə barxana (baqajnik) qoyulmuşdur. Sürücülər deyir ki, maşının konstruksiyası yüksək təhlükəsizliyi ilə fərqlənir, çünki sürücünün kabinəsi sərnişinlərdən şüşə ilə ayrılır, təkcə kassa üçün kiçik pəncərə qoyulmuşdur.  
    1 kilometr gediş haqqı təxminən 4 avrosentdir. Yeri gəlmişkən, taksi sürücüləri ciddi surətdə sayğaca riayət edirlər.
    Bakıda  95 benzini –  60 qəpik,  A93 – 55 qəpik, 1 litr dizel yanacağı isə 45 qəpikdir (bu da müvafiq olaraq litri təxminən 0,7, 0,6 və 0,5 avro təşkil edir).
    Sayğac üzrə tarifi: əyləşmə üçün 1 avro, hər km üçün - 0,6 avro.  «London» taksilərinin çağırılması üçün Baku Taxi Company-nin *9000 qısa nömrəsinə zəng etmək kifayətdir.
    Daha bir rəhat gecə-gündüz taksi xidmətini "Motor-Servis" şirkəti göstərir, bunun üçün  (+99412) 189 nömrəsinə zəng edib sifariş vermək lazımdır.
    Regionlarda taksinin qiyməti 1-2 manatdır. Bundan başqa, əyalətlərdə hələ də canla-başla xidmət göstərməyə hazır olan «jiquli» taksi sürücüləri qalmaqdadır. Bunun da öz ləzzəti var, onlar nəinki sizi vaxtında lazım olan yerə çatdıracaq, hələ bütün son məlumatları da verəcəklər! 

  • Metro

    Bakı – iri meqapolisdir və orada bir yerdən başqa yerə getmək üçün ən sərfəli nəqliyyat növü metrodur. Keçmiş sovet dövrünün metrolarında olduğu kimi Bakı metropoliteni də dizayn və memarlıq təntənəsidir (heyf ki, şəklini çəkmək olmaz). Elə bircə «Nizami Gəncəvi» stansiyası nəyə desən dəyər!  Məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan  bu stansiya Bakı metropoliteninin ən gözəl stansiyalarından biridir. Yeraltı zalın  girişinin önündəki divarı Nizami Gəncəvinin mozaikadan salınmış portreti, qatarlara keçən divarlarını isə  onun əsərlərinin  mövzularından ibarət pannolar  bəzəyir. Stansiyanın quruluşunun müəllifi SSRİ xalq rəssamı  Mikayıl  Abdullayevdir. 
    Metroda gediş haqqının dəyəri 20 qəpikdir (0.2 avro).
    Metropolitenin tarixi, fəaliyyəti və gediş sxemi barədə daha  ətraflı məlumatı üç dildə – Azərbaycan, rus və ingilis dillərində  təqdim olunmuş metro.gov.az saytından  almaq olar.

  • Maşın icarəsi

    Bakı aeroportunda, demək olar, bütün maşın icarəsi agentliklərinin nümayəndəlikləri var.  İcarə haqqı ilkin səviyyəli sedan üçün gündə təxminən 50 $-dır. Maşını istər sürücü ilə, istərsə də sürücüsüz icarəyə götürmək olar. 
    Bütövlükdə ölkədə səyahət etmək asan və rahatdır, ərazi nisbətən kiçik olduğu üçün bir yerdən başqa yerə getmək çox vaxt almır. Yolların qırağında çox yerlərdə qəlyanaltılar var, burada adambaşına 5-8 avroya sizə ətdən hazırlanmış çoxsaylı dadlı və doyumlu  yeməklər təklif edə bilərlər.
    Uğurlu səyahətin tərkib hissələrindən biri də – nəqliyyatdır. Azərbaycanda bu problem yoxdur.
    Bir dəfə Azərbaycana gələn kimi, onun barədə fikrinizdə olan çoxsaylı stereotiplər və miflər tam dəyişir. Mübaliğəsiz demək olar ki, Bakı qəribə şərq koloritli Avropa şəhəridir.