2013-cü ilin 10 və 12 sentyabr tarixlərində İsmayıllı rayonunda və Lənkəran şəhərinə “Regional və Yerli turizmin planlaşdırılması və idarə olunması” adlı seminarlar keçirilmişdir.

2013-ci ilin 10 və 12 sentyabr tarixlərində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Aİ Tvinninq layihəsinin 1-ci komponentinin çərçivəsində İsmayıllı rayonunda (İsmayıllı Peşə Tədris Mərkəzində) və Lənkəran şəhərində (“Qala” mehmanxanasında) “Regional və Yerli Turizmin planlaşdırılması və idarə olunması” adlı seminarlar keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan seminarlar Üzv Dövlət layihə rəhbəri Florian Sengstşmid, Daimi Tvinninq Müşaviri Daiva Kirkilaite-Çetkuti, 1-ci Komponent üzrə  Layihə eksperti Ferdinand Posnik və nazirlik nümayəndəsinin rəhbərliyi altında keçirilmişdir.

Seminarlara dəvət olunan iştirakçıların geniş auditoriyası arasında İsmayıllı və Lənkəran və ətraf rayonlardan Mədəniyyət və Turizm şöbələri, yerli icra hakimiyyətləri və bələdiyyələr, turizm informasiya mərkəzləri, muzeylər və milli qoruqlar, otellər və KİV-nin nümayəndələri iştirak etmişlər.

Seminarların məqsədi tərəfdaşları Turizm Məkanının İdarə olunmasının əsasları ilə  tanış etmək, onlar ilə Avstriyanın misalında bu sahədə həyata keçirilmiş uğurlu hekayələr və uğura aparan şərtlərin səbəbləri ilə bölüşmək və iştirakçılar ilə onların öz turizm məkanlarının inkişafına dair fikirlərini ifadə etməsi üçün dialoq yaratmaq idi.

Layihənin Üzv Dövlət layihə rəhbəri cənab Florian Sengstşmid və layihənin eksperti Ferdinand Posnik tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər bu kimi mövzuları əhatə edən təqdimatı iştirakçıların nəzərinə çatdıraraq, ölkəmizin coğrafi və tarixi baxımından zəngin olan ərazilərinı maraqlı və cəlbedici turizm məkanlarına çevirmək məqsədilə yerləşməsindən asılı olmayaraq bütün dünyada istifadə olunan əsas marketinq alətlərinin bənzərliyini xüsusən vurğuladılar. 

Seminar zamanı iştirakçılar fəal şəkildə müzakirələrdə iştirak edərək, öz məkanlarının təkrarolunmaz xüsusiyyətlərinin inkişafı ilə bağlı fikirlər ilə bölüşdülər.  Bundan əlavə, onlar öz məkanlarına dair üstünlüklər daxilində təbii resurslar, coğrafi yerləşmə kimi xüsusiyyətləri, zəifliklər kimi isə bu sahədə ümumi idarəçilik bacarığının mövcud olmaması, göstərilən xidmətlərin aşağı səviyyəsi, peşəkar işçilərə dair ehtiyac, məkanın əlverişli şəkildə təqdim olunmaması və turizm marşrutlarının birləşdirilməsinə dair ehtiyac kimi məsəlləri  qeyd etmişlər.

Həmçinin, qədim əl sənəti nümunələrinin idxal olunan əşyalar ilə qarışması bu məkan komponentinin unikallığının itməsinə səbəb olduğu qeyd olunmuşdu. Əlavə olaraq, turistlərə evlərdə yerləşmə xidmətləri təklif edən, amma yüksək xidmət səviyyəsini təmin edə bilməyən fərdi vətəndaşların təşəbbüsləri də məkana dair təhlükə kimi qeyd olunmuşdu.

Hər iki seminarda layihə mütəxəssisləri tərəfindən məsləhət olunmuşdur ki, rayonlar daxilində tərəfdaşlar arasında turizm məkanının yaxşılaşdırılması məqsədi ilə birgə müzakirələrin aparılması və fikirlərin bölüşməsi üçün ümumi platforma yaradılsın, çünki hər məkanı təkrarolunmaz edən onun tanınmış və gizli üstünlüklərini yaxşı bilən və təəssürat hekayələri yarada biləcək insanlardan asılıdır.    

Seminarların sonunda iştirakçılar bu tipli seminarların əhəmiyyətini vurğulayaraq, onların Azərbaycanın regionlarında turizmin inkişafında tələb olunan yeni bilikləri əks etdirərək xüsusilə önəmli olduğunu bildirmişlər və rəylərini seminarın qiymətləndirmə formasında qeyd etmişlər.


Məlumat www.azpress.az saytından götürülmüşdür.

20.09.2013
 

Son Xəbərlər