Elanlar

Elanlar

Turistlərin və Turizm şirkətlərinin nəzərinə!

 


ssQusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində qonaqların qəbuluna başlanılmışdır.

Kompleksdə keyfiyyətli xidmət göstərilməsinin təmin olunması üçün burada istirahət etmək istəyən turistlərə “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tövsiyə edir ki, səfərinizi planlaşdırarkən əvvəlcədən Kompleksin müdiriyyətinə məlumat verəsiniz. Kompleksin operator nömrəsi 1110-dur.

Bununla yanaşı bildiririk ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə turistlərin göndərilməsi ilə bağlı əməkdaşlıq etmək istəyən turizm şirkətləri Kompleksin Müdiriyyəti ilə əvvəlcədən müqavilə bağlamalıdırlar və hər gələn qrup haqqında əvvəlcədən məlumat verməlidirlər.

 

“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti