Elektron turist vizaları

Elektron turist vizaları

“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılmışdır.

Bu sistem bütün viza prosedurlarını elektron formata yönəldilməsi məqsədilə tərtib edilib və bu ölkəyə çox sayda turistlərin cəlb olunmasına yardım edir. Beləliklə, turistlər bütün lazımı informasiyanı aşağıda göstərilən milli turizm şirkətləri və ya onların xarici ortaqlarına təqdim etməlidirlər və bundan sonra milli şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə (XİN) müraciət edirlər. Elektron vizalar XİN tərəfindən (10 gün ərzində) təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir. Azərbaycana daxil olmaq üçün turist yalnız bu sənədi çap edərək sərhəddə təqdim etməlidir.

Elektron viza 30 gün ərzində etibarlıdır və onun qiyməti 20 ABŞ dolları təşkil edir.

Hal-hazırda Azərbaycanda 70 turizm şirkəti xarici turistlərə elektron vizaları sənədləşdirmək hüququna malikdir. Bu şirkətlərinin siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz.

Həmçinin, elektron vizanın nümünəsiərizə blankı ilə də tanış ola bilərsiniz.