Azərbaycan Konqreslər Bürosu

Azərbaycan Konqreslər Bürosu

  • Azərbaycan Konqreslər Bürosu

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq MİCE (işgüzar) bazarında Azərbaycan Konqreslər Bürosunun (AzKB) simasında yeni iştirakçının meydana çıxmasını xəbər verir.

    Dövlət və özəl sektorların əməkdaşlığı əsasında yaranmış Azərbaycan Konqreslər Bürosu Mədəniyyət və Turizm Nazirliyi ilə milli turizm bazarında fəaliyyət göstərən turizm sektorunun nümayəndələrinin birliyidir.

    Büronun əsas fəaliyyəti Azərbaycana iri miqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir.

    Yeni yaranmış AzKB EİBTM-2013 beynəlxalq işgüzar turizm sərgisində öz debütünə hazırlaşır və burada başlıca məqsəd kimi Azərbaycanın işgüzar görüşlər, konqres və konfransların keçirilməsi üçün əlverişli bir ölkə kimi potensialının nümayişi qarşıya qoyulur.

    Bir sıra beynəlxalq tədbirlərin təşkilində, o cümlədən “Avroviziya – 2012” mahnı müsabiqəsinin keçirilməsində öz imkanlarını təsdiq edən Azərbaycan MİCE bazarında ciddi iştirakçı kimi nəzərdən keçirilir. Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ilin iyununda ölkəmizdə tarixdə ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılıb.

    Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqda məlumat AzKB-nun şəxsi vebsaytı açılanadək daima bizim saytımızda yenilənəcəkdir.

  • Azərbaycan Konqresslər Bürosunun Rəhbər Komitəsinin 1-ci Görüşü keçirilmişdir.

    Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini cənab Nazim Səmədov 13 fevral 2014-cü ildə Four Seasons mehmanxanasında keçirilən Azərbaycan Konqresslər Bürosunun Rəhbər Komitəsinin Görüşündə iştirak etmişdir.

    Görüşdə Azərbaycan Konqresslər Bürosunun daxili sənaye üzvləri tərəfindən təmsil edilən özəl və dövlət sektorları 2014-cü il üçün birgə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bu üzvlər, yəni əsasən beynəlxalq brend mehmanxanalar şəbəkəsi və Bakının peşəkar Destinasiya Menecment Şirkətləri (Destination Management Companies) özəl və dövlət sektorlarının birgə əməkdaşlıq modelini Azərbaycanı MİCE məkanı kimi təbliğ etmək və beləliklə ölkə iqtisadiyyatındə müsbət təsir yaratmaq istiqamətində birgə səy göstərmişlər.

    Azərbaycan Konqresslər Bürosunun birinci görüşünün məqsədi Büronun cari il üçün əsas marketinq fəaliyyətlərinin müzakirəsi olmaqla yanaşı həm də MİCE fəaliyyətlərindən il boyu gəlir gətirə biləcək biznes əldə edilməsi yollarının müzakirəsi oldu.

  • “Victory Tour” turizm agentliyi Azərbaycan Konqreslər Bürosunun (AzKB) üzvü olub

    "Victory Tour" turizm agentliyi Azərbaycanda 2005-ci ildən uğurla fəaliyyət göstərir və turizm sektorunda öndə gedən şirkətlərdən biridir. Şirkətdə əsas beş satış şöbəsi var: Aviabiletlərin bronlaşdırılması şöbəsi, Xarici turizm, Daxili turizm, Viza-nəqliyyat şöbəsi və Biznes səyahəti/MİCE şöbəsi.

    Biznes səyahət/MİCE şöbəsinin fəaliyyəti, Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi, xarici və yerli şirkətlərin sifarişlərinin qəbul edilməsi, tematik turların, biznes səfərlərinin, korporativ tədbirlərin və s. təşkilindən ibarətdir. 2012-ci ildə Azərbaycanda yeni MİCE (işgüzar) bazarının inkişafı və müştərilərin cəlb edilməsini təmin etmək məqsədi ilə şirkətdə yeni MİCE.az layihəsi və bu lahiyə çərçivəsində www.mice.az saytı yaradılıb.

    Son zamanlar ölkəmizdə gedən inkişafla bağlı, yeni dünya səviyəli otellərin tikilişi və infrastrukturun beynəlxalq və yüksək səviyəyə çatması, xarici təşkilatlar tərəfindən MİCE istiqaməti qismində Azərbaycana olan marağı daha da artırmışdır. Məhz bu səbəbdən "Victory Tour" Biznes səyahəti/MİCE şöbəsinin irrəlləyişi üçün növbəti uğurlu addımını ataraq yenicə yaranmış Azərbaycan Konqreslər Bürosu ilə (AzKB) 10 dekabr 2013-cü il tarixində imzalanmış müqavilə əsasında büronun üzvü olub.