Nə vaxt gəlmək olar

Nə vaxt gəlmək olar

Azərbaycana ilin istənilən vaxtı gəlmək olar. Planetdə mövcud olan on bir iqlim zonasından doqquzunun hökm sürdüyü ölkəmizdə qonaqları ilin bütün fəsillərində qəbul etmək olar. Lakin mövsümlərdən hər birinin özünün təkrarsız rəngləri və xüsusiyyətləri vardır. Onlardan hansının sizə daha böyük ləzzət verəcəyini yalnız  onun əsrarəngiz təbiəti, Xəzərin sahili, Azərbaycanın qədim tarixi və mədəni ənənələri ilə  tanışlığınızdan sonra biləcəksiniz. Ümidvarıq ki, bu bölmədə təqdim etdiyimiz informasiya sizə ölkəmizə səyahət etmək üçün düzgün vaxtı seçməyə kömək edəcəkdir.

 

summer

Azərbaycanda Xəzər dənizi sahili boyu, meşələrdə və dağlarda  yerləşmiş istirahət  və əyləncə zonaları  günəşi, dənizi və qumu, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi, şəlalələrdə çimməyi və atla gəzməyi sevən hər kəsə unudulmaz təəssüratlar bağışlayacaqdır. Azərbaycanın bir çox turist regionlarında yüksək müalicəvi göstəricilərə malik çoxsaylı  termal və mineral su qaynaqları vardır. 
Yay mövsümünün əsas xüsusiyyətlərindən biri də bu vaxtlar Azərbaycanda öz çeşidləri ilə hamını heyran qoyan meyvə-tərəvəz bolluğudur. Bunlara çox dadlı gilas və albalıları, bal kimi şirin ərikləri, şaftalıları, çiyələyi, moruğu, böyürtkəni, armudları, alçaları aid etmək olar.

TəfərrüatıGizlət

outmn

Sakit günəşli günlər, ilıq dəniz və öz görkəmini yalnız oktyabrın sonunda dəyişməyə başlayan yaysayağı yaşıl parklar, bağlar adama əsil zövq verir.  Payız Azərbaycanda çox gözəldir! Burada istirahət böyük təəssüratlarla doludur, turistlərin digər şəhərlərdə olduğu kimi gəzinti proqramlarına  mane olan pis havalar olmur.

Azərbaycanda payız – təbiətin bol nemətlərindən həzz almaq istəyənlər üçün bundan yaxşı nə ola bilər! Ənciri, qarpızı, zoğalı payızda heyva, qoz, xurma və nar əvəz edir. Dadına və faydalılığına görə tayı-bərabəri olmayan al-qırmızı, şirəli nardan yaxşı nə ola bilər. Onların çəkisi bəzən kiloya çatır.

TəfərrüatıGizlət

winter

Azərbaycana dekabr ayında gəlmiş get-gedə daha çox əcnəbi turistlər mütləq Şəkinin tarixi yerlərində olmağa çalışırlar, burada ilin sonunda nadir at turnirləri və yarışları keçirilir. Bunlardan ən məşhuru qədim Azərbaycan oyunu – çovqandır, bu atların iştirakı ilə oynanılan oyundur. Ölkənin bir çox regionlarının bu turnirlərə get-gedə artan marağı polo oyununun şərq versiyası olan  bu milli, seçmə, şahsayağı  nəcib oyunun canlanacağı ehtimalını irəli sürür. Qışda Azərbaycanda doyumlu milli xörəklər və mətbəx sürprizləri  həvəskarları üçün  firavanlıq dövrü başlanır.

TəfərrüatıGizlət

spring

Azərbaycana yazda təşrif buyurmuş   səyahətçilərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz – baharın gəlməsini təsdiq edən bayramdır. Hər il bütün Azərbaycan  mart ayının 21-də bu qədim bayramı qarşılayır, ona hələ dörd həftə əvvəldən hazırlaşırlar. Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri bütün mart ayı ərzində şəhərimizin qonaqlarında böyük təəssürat yaradır və onları heyrətə gətirir. Çoxları klassik mərasimlərə tamaşa etmək üçün xüsusi olaraq regionlara, məsələn Yuxarı Salahlı kəndinə  gedirlər. Bayram günlərində Azərbaycanda qonaq getmək, bir-birilərinə hədiyyələr bağışlamaq, hər bir evdə mütləq bişirilən şirniyyatlara qonaq etmək  adət halını almışdır.

TəfərrüatıGizlət