Dağ-xizək turizm kompleksləri

Dağ-xizək turizm kompleksləri

  • ŞAHDAĞ TURİZM KOMPLEKSİ

    Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir.

    Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji  xəzinəsi. Bu, bütün cah-calalı iləŞahdağdır. 

    İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır. 

    Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.

     

    Qış idman oyunları

    Müxtəlif təcrübə səviyyələrinə uyğun, planlaşdırılan 19 xizəksürmə yamacında Şahdağ Turizm Kompleksi, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dünya səviyyəsində həyəcanlı xizəkçilik idman oyunlarını təqdim edir. Kompleksin öz xizəkçilik məktəbi yeni başlayanlar, eləcə də daha təcrübəli xizəkçilərə fərdi şəkildə təcrübəli təlimatçıların dərslərini təklif edir.

    Xizəkçiliyə əlavə olaraq yamaclarda həmçinin snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir. Digər qış oyunlarına, xüsusən də uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti, şardan qalalar və tübinq daxildir. Əlavə olaraq Kompleksin Spa salonu qar və buzdan sonra təravətləndirici istirahəti təmin edəcəkdir.

     

    Yay idman oyunları

    Yay mövsümündə biz sizə, bütün yaşlara uyğun, Macəralar parkından tutmuş şişirdilmiş qalalara və kvardosikllərdə gəzinti və Nordik gəzintisinə qədər müxtəlif növ idman oyunlarını təklif etməkdən məmnunuq.
    Bunlar hamısı, tam yeni, 4 ulduzlu, lift bazası olan Zirvə Otelinin yaxın ərazisində yerləşir.

     

    Otellər

    Şahdağ Milli Parkının yaxınlığında yerləşən əzəmətli və valehedici dağ mənzərəsi ilə əhatə olunan Şahdağ Turizm Kompleksi, hər kəsin həzz alacağı müasir binalar təklif edir. Hər binanın özünəməxsus cazibəsi və gözəlliyi vardır və hər biri, seçiminizə müxtəlif müasir və dəbdəbəli otaqlar təqdim edir.

     

    Zirvə oteli

    Lift Bazası olan Zirvə Oteli, xizək həvəskarları və turistlər üçün xüsusilə yaradılmış müasir üç ulduzlu oteldir. Zirvə Oteli gözəl Şahdağ Dağ İstirahət kompleksini seyr etmək üçün mükəmməl məkandır.

     

    Qaya evləri

    Ailəvi xizəkçilik və dağ oteli - evidir. Burada çox rahat otaqlarda ailələr birlikdə qala, habelə ayrı otaqlarda sərbəst dincələ bilərlər.

     

    Şahdağ otel və spa

    Azərbaycanda birinci müasir dağ Otelidir. Müasir, lakin eyni zamanda yerli adət ənənəyə hörmətlə yanaşan Şahdağ Otel və Spa, qonaqlara dünyanın hər hansı bir dəbdəbəli otelinə bərabər səviyyədə xidmət təklif edir.

     

    Pik palace şahdağ

    PİK PALACE ŞAHDAĞ Bakı şəhərindən 230 kilometr şimalda, Şahdağ turizm kompleksində yerləşən ilk dəbdəbəli istirahət məkanıdır. Dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuş və hər bir elementi məmnunluq və sevinc doğuran kompleks unudulmaz təəssürat yaradır.

     

    www.shahdag.az veb səhifəsinə keçməklə daha ətraflı məlumat əldə edə bilərsiniz.

  • "TUFAN" DAĞ-XİZƏK KOMPLEKSİ

    Birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü il tarixdə  keçirilən yeni yay-qış dağ-xizək istirahət kompleksi "Tufan"  Azərbaycanın səfalı şəhərlərindən biri olan Qəbələdə yerləşir. Kompleksin  ilk tikinti mərhləsində  4 kanat və on xizək yolundan 5-i inşa edilib. Dağ-xizək yolu «süni qar» sistemi ilə təchiz olunub. "Tufan" dağ-xizək  kompleksi gün ərzində ümumilikdə 3 min adama xidmət göstərə bilir. Hal-hazırda istirahət edənlər kanat və xizək yollarından, həmçinin xizək məktəbi və ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edə bilərlər. Turistlər otellərdə, o cümlədən kanat yolunun aşağı stansiyasının yerləşdiyi  5 ulduzlu Riverside otelində qala bilərlər. Burada istirahət üçün bütün şərait yaradılıb, xizəklərin satışı və kirayəsi üzrə xidmətlərin göstərildiyi ayrıca bölmə var. Bundan başqa, ərazidə  idman malları mağazası və kafe fəaliyyət göstərir.

    İstirahət edənlər üçün  daha çox komfortuı təmin etmək məqsədilə "Tufan" kompleksinin ərazisində infrastrukturun yaradılması üzrə işlər, o cümlədən otellərin, uşaqların dincəlməsi üçün güşələrin və digər obyektlərin tikintisi davam etdirilir.  Xizək kompleksinin yaxınlığında  həmçinin Qolf resort  idman istirahət kompleksinin tikintisi nəzərdə tutulub.

     

    www.tufandag.az veb səhifəsinə keçməklə daha ətraflı məlumat əldə edə bilərsiniz.