Abşeron rayonu

Abşeron rayonu

İqtisadi rayon

Abşeron iqtisadi rayonu

Ərazisi

1360 km²

Əhalisi

195,1 min nəfər

Əhali sıxlığı

143 nəfər/km²

Yaşayış məntəqələrinin sayı

8 qəsəbə, 7 kənd

8 min m2 ərazini əhatə edən Abşeron yarımadası Azərbaycanın mühüm sənaye və kənd təsərrüfatı rayonudur. Yarımadanın iqlimi əsasən yumşaq qışı və isti yayı olan quru subtropikdir.

Sahillərini Xəzər dənizinin yuduğu Abşeron xüsusilə öz qumlu çimərlikləri və çoxsaylı bağ evləri olan qəsəbələri ilə məşhurdur. Bura paytaxt sakinlərinin yay aylarında vaxtlarını keçirmələri üçün ən sevimli yerdir. Bakının yaxınlığında yerləşən dənizkənarı kurortlar – Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Pirşağı, Şıx, Novxanı və sairləri mövsüm vaxtı ölkənin hər tərəfindən və xaricdən istirahətə gələnlərlə dolur. Yerli Sahillərini Xəzər dənizinin yuduğu Abşeron xüsusilə öz qumlu çimərliklərin inkişaf etmiş infrastrukturu – otel, akvapark, restoran və sairin olması plyaj və müalicə turizmi Abşeronda müxtəlif balneoloji kurortlar (yarımadada çoxlu palçıq vulkanları mövcuddur), müalicəxanalar, uşaq sanatoriyaları ( vərəm, revmatizm xəstələri üçün, sümük vərəminin xəstəliyi), istirahət evləri, yay düşərgələri yerləşir. -nin bütün növlərinin inkişafı üçün əlverişli imkanlar yaradır.

Qədim zamanlardan məskunlaşmış Abşeron yarımadasında bir sıra tarixi abidələr: Nardaran qəsəbəsində XVI əsrin hündür qülləli Nardaran qalası, Mərdəkan qəsəbəsində Dairəvi qala (1232-ci il) və Dördbucaqlı qala (XII əsr), Suraxanı qəsəbəsində “Atəşgah” od məbədi (XVII-XVIII əsrlər), Ramana kəndində XVI əsrin ortalarına aid olan qala və digərləri qalmışdır.

Bakıda olarkən onun ətraf kəndlərini də ziyarət etməyə vaxt ayırın. Şərq üslublu Abşeron qəsəbələri, yarımadanın zəngin olduğu qədim qalalar, şair Sergey Yeseninin ev-muzeyinin də olduğu Mərdəkanın Dendrarisi, Yanar Dağ, habelə Abşeron torpağının bol nemətləri və yerli sakinlərin qonaqpərvərliyi mütləq Sizin xoşunuza gələcəkdir.