Xızı rayonu

Xızı rayonu

Bakı ilə arasında məsafə

104 km

Əhalisi

15,3 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı –Xızı avtobusları

 

Bakıdan 104 km məsafədə yumşaq və quru iqlimi olan dağ rayonu Xızı yerləşir. Burada rayonun əsas təbiət mənzərələrindən biri – qədim karvan yolunun üzərində daş ovuca bənzəyən öz maraqlı formasına görə adlandırılmış əfsanəvi Beşbarmaq dağı yerləşir. Lap zirvədə, qayaların arasında “Xızırxində” (ölməz Xızır) ziyarətgahının qalıqları durur.

Bura istənilən yolçuya tanışdır, çünki paytaxtdan Şimala doğru və geriyə yol ilə gedərkən onu yan keçmək qeyri-mümkündür və turistlər ramedilməz qalaya maraqla tamaşa edirlər. Adətən yolun bu kəsiyində aşırım təşkil etmək qəbul olunmuşdur. Avtomobildən çıxaraq, uzun yoldan sonra açılışmaq, çay içmək, kabab, mövsümündə isə bişmiş qarğıdalı yemək olar. Arzu edənlər burada yerləşən məscidə baş çəkə bilərlər.

Rayonda tarixi abidələr az deyildir. VIII əsrin ortalarında inşa edilmiş Beşbarmaq qalası. Qala rayon mərkəzindən 9 km məsafədədir. V əsrin qədim şəhərinin xarabalıqları 8 km, Alaşirin kəndində Şeyx Heydərin məqbərəsi isə rayon mərkəzindən 5 km məsafədədir.

Xızı rayonunda Azərbaycanın gözəl guşələrindən biri olan Altıağac qoruğu yerləşir. Bura həm də “Cənnət bağı” adlandırılır. Qoruq ərazisinin 90%-ni meşələr tutur və o Böyük Qafqazın cənub-şərq yamaclarında eroziya proseslərinin qarşısının alınması və nadir heyvan və bitki növlərinin qorunub saxlanılması üçün yaradılıb.

Burada turistlərə qoruqda olan heyvanat aləminin təqdim olunduğu kiçik zoopark açılmışdır. Zooparkda boz ayılar, marallar və dağ keçiləri, qutu quşları, meymunlar və cins itlər bir-biri ilə qonşuluqda yaşayırlar. Təmiz hava və hərdənbir qazların qağıltısı ilə pozulan sakitlik ətrafdakı dağların gözəlliyindən ilham alan qəlbə qəribə rahatlıq verir.

ətrafliGizlət

Tarixdən məlumdur ki, burada, Altıağacda Şirvanşahların hakimiyyəti dövründə karvan dayanacaqlarından biri olmuşdur. “Ağac” sözü isə vaxtilə yalnız ağac kimi yox, həm də ölçü vahidi (7 km) kimi işlədilirdi və bu ad tərcümədə “6 ağac”, yəni 42 km demək idi ki, bu da buradan Şamaxı şəhərinədək olan məsafəyə bərabərdir. Vaxtilə buradan Şamaxı ilə Dərbəndi birləşdirən qədim karvan yolu keçirdi və bugünədək piyada turizm həvəskarları Mərəzə və Şamaxı istiqamətində buradan keçib-gedirlər.

Xızıdan 8 km məsafədə daha bir istirahət zonası – Azərbaycan dramaturgiyasının yaradıcısı Cəfər Cabbarlının Ev-muzeyinin yerləşdiyi “Qızılqazma” istirahət zonası var. Bundan əlavə, Xızı Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsinin, şair Mikayıl Müşfiqin vətənidir və onun da ev-muzeyi qonaqların üzünə həmişə açıqdır.