Qusar

Qusar

Bakı ilə arasında məsafə

180 km

Əhalisi

90,5 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Qusar avtobusları – 3,5 saat

Coğrafi mövqeyinə görə “Şimal qapıları” adlandırılan Qusar şəhəri Azərbaycanın şimalında ən sonuncu iri yaşayış məntəqəsidir və Rusiya Federasiyasının Dağıstan Respublikası ilə sərhəddir. Rayonda özünəməxsus xalq, böyük mədəniyyəti olan, qonaqpərvərliyi ilə seçilən ləzgilər yaşayır.

ƏtraflıGizlət

Respublikada mövcud olan doqquz iqlim zonasından dördü Qusar rayonu ərazisindədir. Əlverişli hava şəraiti bu rayonda kurortların, istirahət zonalarının və turizm komplekslərinin təşkil olunması üçün böyük imkanlar yaradır. Yaxınlarda açılmış Şahdağ beynəlxalq dərəcəli yay-qış idman-turizm kompleksi böyük şöhrət qazanmışdır. Bura qışda tanınmış dağ-xizək kurortu, yayda isə Böyük Qafqaz dağlarının qoynunda turizm bazasıdır.
Kompleksin yaxınlığında dağlarla əhatə olunmuş, öz yaraşıqlı şəlalələri ilə məşhur olan Laza yaşayış məntəqəsi yerləşir. Qışda donmuş şəlalələrdə qayalara dırmaşma üzrə yarışlar keçirilir.
Qusar rayonunda çoxlu sayda tarixi abidələr qalmışdır.

ƏtraflıGizlət

Rus şairi M.Y.Lermontov 1825-1826-cı illərdə Qusarda sürgündə olmuşdur. Şəhərdə şairin ev-muzeyi var.

Qusarın mədəni həyatı çox zəngindir. Şəhərdə “Ləzginka” folklor ansamblının fərqləndiyi çoxlu sayda musiqi kollektivləri mövcuddur.

ƏtraflıGizlət

Xalq sənətkarlıqları arasında xalçaçılıq sənəti – əsasən də həm ev şəraitində, həm də şəhərin mərkəzində yerləşən sexdə xovsuz sumax palazlarının toxunma sənəti daha çox inkişaf etmişdir. Yeri gəlmişkən, həmin xalça sexində respublikada ən böyük və arxasında 10 nəfərədək adamın çalışa biləcəyi toxuculuq dəzgahı quraşdırılmışdır.
Bu gün Qusar rayonunun inzibati mərkəzi yaxşı qulluq edilmiş təmiz şəhərdir.
Turizm marşrutları üzrə istənilən informasiyanı “Dostluq parkında” yerləşən turizm informasiya mərkəzindən almaq olar.