Xaçmaz

Xaçmaz

Bakı ilə arasında məsafə

157 km

Əhalisi

164,5  min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Xaçmaz avtobusları, Nabran – 3 saat; Qatarla - Bakı – Yalama – 5 saat, Bakı – Rostov, Bakı – Moskva, Bakı – Kiyev, Bakı – Xarkov

Azərbaycanın şimal-qərbində yerləşən Xaçmaz rayonu Samur-Dəvəçi çökəkliyinin böyük hissəsini əhatə edir və şimaldan Rusiya Federasiyası ilə həmsərhəddir. Xaçmaz şəhəri ilə yanaşı, rayonun tərkibinə Xudat şəhəri, Yalama qəsəbəsi, Nabran turizm zonası və onlarla kənd daxildir. Rayonda 60-dan çox tarixi və mədəni abidə qalmışdır.

ətrafliGizlət

Xaçmaz zəngin flora və faunası ilə fərqlənir. Rayonun 20 800 hektar ərazisi meşələrlə örtülüdür, 8 çay axır, 3 süni göl var. İqlim mülayimdir, termal və mineral bulaqlar mövcuddur. Rayon florasında itburnu, sarmaşca, dazı otu, yağı otu, melissa və digərləri kimi dərman bitkiləri geniş yayılmışdır. Bu yerlərin qonaqlarını heyvanat aləmi də sevindirir: burada qaban, yenot, dağətəyi yerlərdə isə qaçan marala rast gəlmək olar. Rayonda ov və balıq tutmaq üçün yaxşı şərait var.
Rayon ərazisində Güləli qoruğu yaradılmışdır.
Təəccüblü deyildir ki, ölkədə ən çox tanınan istirahət zonası Nabran məhz Xaçmaz rayonunda yerləşir.

ətrafliGizlət

Burada, meşələrin qumlu sahillərlə qonşu olduğu mənzərəli yerdə, turizm infrastrukturu həddən artıq dərəcədə inkişaf etmiş, çoxlu sayda otel, turbaza, pansionat, istirahət evləri inşa edilmişdir. Şərait “lüks” sinifli təmtəraqlı mehmanxanalardan, az sayda adam üçün nəzərdə tutulmuş səliqəli kotteclərdən çadır şəhərciklərinədək müxtəlifdir.
Nabranın kurortları Azərbaycanın iqlim kurortlarına aiddir. Buraların dəniz suyu, qaynar qum və günəş vannaları tam istirahət və bir çox xəstəliklərin müalicəsi üçün həddən artıq xeyirli hesab olunur.
Mövsüm vaxtı Nabranda adam çox olur, ölkənin hər tərəfindən və xaricdən minlərlə turist güc toplamaq və adi iş günlərindən sonra istirahət etmək üçün bura gəlir. Burada meşələr çox qədim dövrlərdən qalmışdır, əsasən fıstıq və qarağac ağaclarından ibarətdir.

Ən populyar turbazalar Atlant, Palma, Malibu, Sahil, Lotos, Green Ville və digərləridir. İstirahət edənlər tərəfindən ən çox tələb olunan istirahət növləri akvaparklar, hovuzlar, skuterlərdə, “bananlarda” gəzinti, peyntbol oyunu, futbol, çimərlik voleybolu, tennis, badminton və digərləridir. Sahilboyu hər tərəfdə milli və Avropa mətbəxinin zərif yeməklərini təqdim edən çoxlu sayda restoran və barlar və səhərədək diskotekalar fəaliyyət göstərir.

Nabranda otellərdən birində dayanaraq, çox rahatlıqla yaxınlıqdakı şəhərləri və qonşu rayonları gəzmək və ekskursiya təşkil etmək: Xaçmazı gəzmək, onun tennis parkları və rahat çay evləri ilə tanış olmaq, Xudat qala şəhərinə baxmaq, Xudatda termal müalicəvi suyu olan hamamda olmaq və Qusar Olimpiya kompleksinə baş çəkmək olar. Bura gələnlərə Dərbənd qalasının “Dəmir qapıları”na və qədim insanın yaşadığı yerə baxmağına dəyər.
Nabran turistlərin çox xoşuna gəlir. Bu zona bütün dünyada məşhurdur. Hər bir kəs qumlu çimərlikdə uzanaraq günəşdən zövq almaq, axşam isə nərə balığının kababının dadına baxmaq və buraların meşələrinin təmiz havasını məmnuniyyətlə xatırlayaraq, sonradan bir daha bura qayıtmaq üçün vətəninə geri dönmək istəyir.