Gəncə

Gəncə

Bakı ilə arasında məsafə

375 km

Əhalisi

321,1 min nəfər

Nə ilə getmək olar

Hava nəqliyyatı ilə: Bakı-Gəncə, Moskva-Gəncə, İstanbul-Gəncə.
Avtonəqliyyatla: Bakı-Gəncə - 7 saat, Tiflis-Gəncə
Dəmir yolu ilə: Bakı-Gəncə

 

Gəncə böyüklüyünə görə ölkənin ikinci şəhəri, qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. 2,5 minillik tarixi olan şəhər (Gəncə 2013-cü ildə 2507 ilini qeyd edəcəkdir) turistlərdə böyük maraq oyadır. Bu diyar zəngin təbiət, mədəni və tarixi irsə malikdir.
Buranın çoxlu meşələri, üzüm bağları, göl, çay və dağları var. Rayon bir çox mineral bulaqlarla və unikal müalicəvi neftlə – naftalanla məşhurdur. Bu təbii substansiya dermatoloji, revmatik və nevroloji xəstəliklərin müalicəsi üçün effektiv çarədir. Gəncənin “Naftalan” sanatoriyası Azərbaycanın qədim paytaxtının tarixi mərkəzində yerləşmişdir. Bundan əlavə, Gəncədən 48 km cənub-şərqdə (maşın ilə 50 dəqiqə) çoxlu sayda profilaktik müalicəxanaların olduğu Naftalan şəhəri yerləşir.
Regionda Azərbaycan ərazisində ilk qoruq olan məşhur Göygöl qoruğu yerləşir. Kəpəz dağını dağıtmış dağıdıcı zəlzələ nəticəsində (XII əsr) hər tərəfdən Kiçik Qafqazın dağları ilə əhatə olunmuş böyük dağ gölü Göygöl yaranmışdır. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Ağsu çayının mənzərəli dayaz dərəsində yerləşən gölün suları çox gözəl ixtiofaunası olan akvariuma bənzəyir. Məsələn, burada nadir göl foreli yaşayır. Suyun rəngi və təmizliyi son dərəcə heyranedicidir: O Qafqazın bir çox dağ su hövzələri içində ən təmizidir. Gölün uzunluğu təxminən 2,5 km, eni 600 metr, dərinliyi isə 93 metrdir; göl yanvardan martadək donur. Göygölün sıldırımlı sahilləri sıx palıd və vələs meşələri ilə örtülmüşdür və bu meşələrdə palıd, vələs və fıstıq bitir. Burada həmçinin alma, armud, albalı və gilas kimi meyvə ağaclarına rast gəlmək olur. Yağışlar mövsümündə gölün sahilində göbələk və giləmeyvə yığmaq olar. Meşədə maral, vəhşi qaban, ayı, canavar, çöl pişiyi və digər vəhşi heyvanlar var. Bu ərazi çimmək, gəzmək, səyahət etmək, ailəvi seyrə çıxmaq üçün ideal yer sayılır.

ətrafliGizlət

Gəncə dahi Nizaminin vətənidir. Gəncədə olub, qarşısında mərmərdən 20 metr hündürlüyündə monumental abidəsi olan dahi şairin məqbərəsini ziyarət etməmək olmaz. Onun arxa tərəfində metaldan tökülmüş və Nizaminin əsərlərinin süjetlərini təsvir edən fiqurlar qoyulmuşdur. Şəhərdə muzeyə, təsviri incəsənət qalereyasına, poeziya teatrına Nizaminin adı verilmişdir. Qədim mədəniyyət şəhəri Gəncə çoxlu sayda memarlıq abidələri olan gözəl şəhər obrazını qoruyub saxlamışdır.

ətrafliGizlət

Yerli möcüzə – təxminən 50 000 şüşə butulkadan inşa edilmiş ikimərtəbəli bina, butulka evidir. Onu İbrahim Cəfərov Böyük Vətən müharibəsi cəbhələrində itkin düşmüş qardaşının şərəfinə 1966-cı ildə tikmişdir.
Gəncədə yay günündə gəzmək xoş təəssürat bağışladığı çoxlu sayda park və mənzərəli bağlar mövcuddur, onlardan ən böyüyü və gözəli Cavad xanın hakimiyyəti dövründə (1748-1803) adlandırılmış “Xan bağı”-dır.

ətrafliGizlət

Şəhər ərazisində zəngin idman infrastruktura malik olan Olimpiya Kompleksi fəaliyyət göstərir. Habelə sizə təbiətin yerli sovqatlarından dadmaq üçün Gəncə bazarında olmağı tövsiyə edirik.

Aldıqlarınızın hamısını yerləşdirmək üçün burada satılan hörmə səbətlərə diqqət yetirin. Yalnız bu son dərəcədə gözəl şəhərdə çay qamışından səbət hörürlər. Azərbaycanın hər yerində adi səbət hörsələr də, çay qamışından yalnız Gəncədə və onun ətraflarında hörürlər.

Şübhəsiz ki, bu qədim və həmişəcavan şəhərin son dərəcədə gözəl aurası var. O vaxtilə burada olan hər kəsi özünə cəlb edir. Gəncəni ziyarət edin və ola bilsin ki, bundan sonra bir daha buraya geri dönmək istəyəcəksiniz.