Naftalan

Naftalan

Bakı ilə arasında məsafə

330 km

Əhalisi

9,3 min nəfərdir

Necə getməli

Avtonəqliyyatla: Bakı-Gəncə-Naftalan avtobusu.

 

Bakıdan 330 km  və ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Gəncədən 50 km məsafədə yerləşən Naftalan şəhəri –  məşhur balneoloji kurort, Azərbaycanın  müalicəvi turizm mərkəzidir. Naftalanda dünyada analoqu olmayan  xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye - naftalan nefti yatağı yerləşir. Naftalanın nadirliyi və yüksək   təsiri bir çox elmi tədqiqat və  bir sıra xəstəliyin müalicəsində 100 ildən  artıq istifadə təcrübəsilə təsdiq olunmuşdur. Müalicəvi naftalan kurort terapiyasının digər metodları və təbii amillərlə (əlverişli ekoloji şərait və təmiz şam ağacı havası)  birgə dayaq-hərəkət aparatı, nevroloji, uroloji, ginekoloji, dəri və böyük adamların  və uşaqların  digər xəstəliklərinin müalicəsində kömək edir.
Bu gün Naftalan  özündə təbii amilləri, tibbi kurort nailiyyətlərini, Avropa komfortunu, Azərbaycanın qonaqpərvərliyini və əlverişli qiymətlərə malik göndərişləri ehtiva edən  müasir istirahət və müalicə mərkəzidir. 
Yeri gəlmişkən bu şəhərdə dünyada yeganə olan «Qoltuqağacı muzeyi» yerləşir. Burada müxtəlif konstruksiyada və ölçüdə  yüzlərlə qoltuqağacını görmək olar. Onlar kurorta  gəldiyi vaxt qoltuqağacı olmadan hərəkət edə bilməyən adamlar tərəfindən imzalanaraq təhvil verilib.

 

 

Naftalan şəhəri Bakıdan 330 km, Gəncədən 50 km qərbdə yerləşir. Bura məşhur balneoloji kurort, Azərbaycanın müalicə turizminin mərkəzidir, hansı ki, müalicəvi resurslarına görə dünyada analoqu olmayan unikal təbii faktorlara malikdir! Kurortun əsas sərvəti qara-qəhvəyi səciyyəvi və spesifik iyə malik qonur rəngli özlü mayenin – Naftalan neftinin yatağıdır. Naftalanın unikallığı və yüksək effektivliyi çoxlu sayda elmi araşdırmalarla və bir neçə xəstəliyin müalicəsinin tətbiqində 100 ildən çox təcrübə ilə təsdiq edilmişdir.

ƏtraflıGizlət

Naftalan kurortu 1926-cı ildə  yataq yaxınlığında xüsusiləşdirilmiş istirahət yerləri yarandıqdan sonra tanınmışdır. Buraya Sovet İttifaqının hər tərəfindən gəlməyə başlamışlar.

Bu günlərin Naftalanı özündə təbii faktorları, kurort təbabətini, Avropa komfortunu, Azərbaycan qonaqpərvərliyini və yollayış qiymətlərinin əlverişliliyini birləşdirən müasir istirahət və müalicə mərkəzidir.

Naftalanın bərpa edilməsi haqqında böyük dövlət proqramı çərçivəsində şəhərdə Avropa standartlarına uyğun fəaliyyət göstərən 4 iri sanatoriya tikilmiş və əlavə olaraq üç sanatoriyanın tikintisi aparılır. Ən məşhurları Chinar Hotel&Spa müalicəvi-profilaktika mərkəzi, “Naftalan” müalicə mərkəzi, “Qaşaltı” sanatoriyası və digərləridir.

ƏtraflıGizlət

Yeri gəlmişkən Naftalan şəhərində dünyada yeganə “Qoltuq ağacı muzeyi” yerləşir. Burada müxtəlif konstruksiya və ölçülərdə olan yüzlərlə qoltuqağacı görmək olar. Onlar kurorta gələrkən qoltuqağacı olmadan hərəkət edə bilməyən xəstələr tərəfindən saxlanılmış və imzalanmışdır.

Naftalan kurortunda yalnız bir çox xəstəliklərdən azad olunmağı deyil, həm də əlverişli şəraitdə gözəl istirahət etməyi təklif edir. Azərbaycanın müasir müalicə ocaqları və otelləri qonaqpərvərlik sənayesinin son tendensiyalarına uyğun olaraq təchiz edilmişdir, yalnız komfortlu nömrə fondu ilə deyil, həm də geniş çeşidli yemək və işçiləri olan rahat restoran və barları, üstüörtülü hovuzları, hamam kompleksləri, SPA mərkəzləri  və aktiv istirahət və əyləncə mərkəzləri var.

Qeyd etmək lazımdır ki, bu diyarın təbiəti çox zəngindir, bu yer təbiət landşaftlarının gözəlliyi ilə seçilir. Naftalanda dayanaraq yaxınlıqda yerləşən şəhər və kəndlərin ərazisini rahatlıqla gəzmək, məsələn, burada istirahət edənlərin maraqla ziyarət etdiyi qədim Gəncə şəhərinə baş çəkmək olar (avtobusla 50 dəqiqəlik məsafədə).

Beləliklə, Naftalana yalnız sağlamlıq üçün yox, həm də uzun illər yadda qalan parlaq xatirələr və gözəl əhval-ruhiyyə ardınca gəlirlər!