Tovuz

Tovuz

Bakı ilə arasında məsafə

439 km

Əhalisi

162,8 min nəfər

Necə getməli

Avtonəqliyyatla: Bakı-Tovuz avtobusları – 9 saat; Dəmir yolu ilə: Gəncə-Ağstafa, Bakı-Qazax, Bakı-Ağstafa, Bakı-Tbilisi – 10 saat

Tovuz rayonu Azərbaycanın qərbində yerləşir, Gürcüstan və Ermənistanla həmsərhəddir.

Qədim türk yazı qaynaqlarına görə, şəhərin adı iki qohum türk tayfalarının – oğuz və toğuz tayfalarının birləşməsindən əmələ gəlmişdir. Bu, məhz burada baş vermişdir və ona görə də toponim kimi qalmışdır. Tovuzun zəngin tarixi və çoxlu görməli yerləri var.

ƏtraflıGizlət

Rayon ərazisində Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar axır. Dağ yamaclarında bulaqlar, zəngin flora və faunası olan çoxlu sayda meşələr var. Burada canavar, tülkü, dovşan, turac, kəklik və digərləri yaşayır. Burada əsasən dovşan və su quşlarını ovlamaq olar.

Tovuz rayonunda ən böyük turizm obyekti Ayan Palace otelidir. Otelin tam təchiz edilmiş ərazisində böyük restoran, banket zalı, hovuzu və fitnes mərkəzi olan SPA mərkəzi fəaliyyət göstərir.

Turistlər bir çox hallarda otaq və ya evləri kirayə verən yerli sakinlərin evlərində qalırlar. Həmçinin yerli “Günay” motelində də otaq kirayəyə götürmək olar.
Tovuzda çoxlu sayda restoran var və onlardan ən böyükləri “XXI əsr”, “Anar” və “Vladivostok” restoranlarıdır.

Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Tovuzda da, demək olar ki, şəhərin tam girişində çox gözəl tərtib olunmuş park salınmışdır.