Mingəçevir

Mingəçevir

Bakı ilə arasında məsafə

333 km

Əhalisi

98,8 min nəfər

Necə getməli

Avtonəqliyyat: Bakı-Mingəçevir reys avtobusları – 5 saat;
Dəmir yolu: Bakı-Mingəçevir – 7 saat, Bakı-Qazax – 9 saat, Bakı-Ağstafa – 10 saat

Sənaye şəhəri Mingəçevir XX əsrin 40-cı illərinin sonunda, 50-ci illərinin əvvəlində yaranmışdır. Bura əhalisinin sayına görə Azərbaycanda dördüncü şəhərdir. Sahilində şəhərin yerləşdiyi Kür çayı Bozdağda yaratdığı dar dərələrdən Kür-Araz ovalığına çıxır. Bu gün çay ovalığının qarşısı hidroelektrik stansiyanın bəndi ilə kəsilmişdir. Ovalığın yerində susuz münbit torpaqların əsas hissəsinin suvarıldığı Mingəçevir su anbarı yaradılmış, keçmiş yol keçilməzliyinin yerində isə müxtəlif istiqamətlərdə rahat yollar salınmışdır.

Mingəçevirin gənc şəhər olmasına baxmayaraq, onun ətraflarında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, onun yerində ibtidai insanların yaşayış məskənləri artıq bizim eradan IV-III min il əvvəl mövcud olmuşdur.

ƏtraflıGizlət

Bu gün Mingəçevir çoxlu xarici və yerli turistləri cəlb edir. Şəhərdə maraqlı arxitekturası olan müasir binalar, o cümlədən böyük yeni məscid var, Kür çayı yaxınlığında yaxşı restoran və çay evlərinin olduğu yerlər qonaqlarda xüsusi maraq oyadır. Şəhərin yaxınlığında kiçik plyajlı süni göl var. Kür çayının sahilində avarçəkmə üzrə “KÜR” Olimpiya bazası yerləşir. Vaxtilə Sovet İttifaqının aparıcı idmançıları yarışlara burada hazırlaşırdılar. Turistlər həm də şəhərdə fəaliyyət göstərən hovuzlu və tennis kortlu Olimpiya idman kompleksini də ziyarət edə bilərlər.

Mingəçevirdə şəhərin qərb hissəsində “Kainat” mehmanxanasında, “Günəşli” turbazasında və digər istirahət zonalarında qalmaq olar. Məşhur restoranlardan milli və Avropa mətbəxinin çox məharətlə  hazırlanmış yeməklərinin təklif olunacağı “Atəşgah”, “Ana Kür” restoranlarını, “Kosmos” kafesini xatırlatmaq olar.