Səlyan

Səlyan

Bakı ilə arasında məsafə

126 km

Əhalisi

126,5 min nəfər

Nə ilə getmək ola

Avtonəqliyyat: Bakı – Salyan avtobusları
Qatar: Bakı – Astara – 6 saat

 

 

Paytaxtdan 126 km məsafədə yerləşən Salyan şəhərini cənub qapısı adlandırırlar. Bura Bakı-Astara yolu üzərində ilk dayanacaqdır. Girişindən çıxışınadək olan məsafəni 1 saat 45 dəqiqə ərzində piyada gedilməsi mümkün olan yeganə rayondur. Rayonu şərqdən Xəzər dənizi yuyur, ərazisindən isə Kür çayı keçir.

Salyanın yaxınlığında “Ceyran cənnəti” adlı bir yer var. Lakin rayonun əsas görməli yeri yerli flora və faunanın və ilk növbədə Qırmızı Kitaba salınmış ceyranların mühafizəsi məqsədilə 55 hektar ərazidə 2003-cü ildə yaradılmış Şirvan Milli parkıdır.

Parkda turistlər üçün ekskursiyalar təşkil olunur. Qoruğa gələnlər üçün qonaq evləri mövcuddur. Bəzi tədqiqatçılar öz çadırlarını qururlar.

Ceyranlar artıq qoruq işçilərinə öyrəşmişdir, lakin kənar şəxsləri gördükdə, uzaqlaşırlar, və buna görə də onları yaxından görmək elə də asan deyildir. Qoruqda ceyranlardan başqa 14 növü Qırmızı Kitaba salınmış 34 növdə quş var. Park kifayət qədər genişdir və bir neçə rayonun ərazisində yerləşir, buna görə də onu piyada gəzib qurtarmaq mümkün deyil və parkın işçiləri ziyarətçilərə at və maşın təqdim edirlər.

Qoruq ərazisində sıx şəkildə qamış basmış və daha çox bataqlığa bənzər bir neçə kiçik göl var. Bura əsasən qızılqazların çoxluq təşkil etdiyi quşların məkanıdır. Bütün bu gözəlliyi görməyinə dəyər.

Salyanlılar əsrlər boyu ram olmayan Kürün sahilində yaşamışdır. Ola bilsin ki, bura respublikada bərələrin bir sahildən digərinə keçmək üçün istifadə olunduğu yeganə yerdir. Taksi kimi cədvəl üzrə gedirlər.

Salyanın 5 kilometrliyində Babazənin palçıq vulkanı yerləşir. Bu palçıq vulkanının müalicəvi xüsusiyyətləri çoxlarına məlum deyildir.

Rayonun memarlıq abidələri Qumlavar körpüsü (XII əsr), Qubalı Baloğlan kəndində Xanəgah tikililəri kompleksidir (XIX əsr.

Salyan şəhərində “Təndirxana” karvansarayı bizim zamanlarda şərq üslubunda tikilmişdir və müasir avadanlıqlarla təchiz edilmişdir. Qonaqlar burada reseptləri diqqətlə qorunub saxlanılan və nəsildən nəslə ötürülən qədim Azərbaycan yeməkləri ilə tanış ola bilərlər.