Kəngərli

Kəngərli

Ərazisi

681,94 km2

Əhalisi

29,2 min nəfər

Nə ilə getmək olar

Hava nəqliyyatı: Bakı- Naxçıvan
Avtonəqliyyat: Naxçıvan- Kəngərli

Naxçıvan Muxtar Respublikası daxilində olan bu ən gənc rayon 2004-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Naxçıvan-Şərur şossesinin üzərində, Naxçıvan şəhərindən 30 km məsafədə yerləşən Qıvraq şəhəridir. Qəsəbədən 6 km məsafədə Araz çayı axır.

Rayon şimaldan Ermənistanla, cənubdan isə İranla sərhəddir. İqlim burada kəskin kontinentaldır – yayda çox isti, qışda isə çox soyuqdur.

Rayon öz adını kəngərli xalqından götürmüşdür.

ƏtraflıGizlət

Naxçıvan Muxtar Respublikasının bütün hissələrində olduğu kimi, Kəngərlidə hələ qədim zamanlardan bu yerlərdə insanların məskunlaşdığını bildirən çoxlu sayda abidələr: çalxan qala kurqanları, Qazma mağarası, habelə Qalacıq, Qovurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri var. Daha sonrakı dövrün qorunub saxlanılmış abidələri: Xok kəndində Camə məscidi (XVIII əsr) və Şahtaxtı kəndində hamamdır (XIX əsr).

Rayon mərkəzindən 30 km cənub-şərqdə, Kiçik Qafqazın ətəklərində, mənzərəli guşədə, dağların Araza tərəf endiyi yerdə Qarabağlar kəndi (“çoxlu bağlar”) yerləşir.

ƏtraflıGizlət

Naxçıvanın hər yerində olduğu kimi, bu kənddə də adət və ənənələri qoruyub saxlayırlar. Qarabağlar kəndinin “Gülümey” qadın folklor ansamblının çıxışına baxmaq turistlər üçün maraqlı olardı. “Gülümey” yalnız şadlıqlarda gəlinin evində qızların oynadığı oyundur. Oyunu həmçinin “Diləlli” adlandırırlar. Oyunun məğzi ondan ibarətdir ki, qızlar rübai oxuyurlar, sonda nəqəratla “Gülümey” təkrarlanır.

Həmçinin Qarabağların yaxınlığında yerləşən Şahtaxtı kəndini də ziyarət etmək maraqlı olacaqdır. Kənd məşhur Şahtaxtılar nəslinin mülkü olmuşdur. Onların nəslinin kökləri Çingiz xana gedib çıxır, bu nəslin əsasını onun nəvəsi Hülaku xan qoymuşdur. Bu kənd nəsildən-nəsilə ötürülərək miras qalmışdır. Şahtaxtı nəsli torpaq və mülklərə sahib olduqları Naxçıvanda, İranda və Tiflisdə yaşamışdır. Bu nəsli nümayəndələri arasında çoxlu sayda alim, elm və mədəniyyət xadimləri, rəssam və diplomatlar olmuşdur.

Burada habelə İsa Sultan Şahtaxtı tərəfindən tikilmiş hamam qalmışdır (XIX əsr). Hamam yarıyadək yerin altında tikilmişdir. Hamamın kəndin mərkəzində olmasının bir neçə səbəbi var. Yerli sakinlərin sözlərinə görə, hamam həm də sakinlər üçün istirahət yeri rolunu oynamışdır. Burada pəhləvanlar yarışlar təşkil edər, tamaşalar göstərərdi.

Naxçıvanın ən qədim və əzəmətli qalası Çalxanqala kəndinin yaxınlığındadır. Buraya yalnız piyada getmək mümkün olan 3 km uzunluğunda dağ cığırı qalxır. Bu ekskursiyaya bir gün sərf olunur. Çalxanqala sıx meşənin içində yerləşən ən mənzərəli dağ kəndidir. Yuxarıda adları çəkilən yerləri görməyinə dəyər.

Rayonun inzibati mərkəz statusu alması ilə bağlı olaraq Qıvraq kəndində turistlərin qəbul edilməsi üçün hələlik infrastruktur yoxdur. Lakin yerli sakinlərin evində qalmaq üçün daima imkan vardır.