Şahbuz

Şahbuz

Ərazisi

814,97 km2

Əhalisi

23,6 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Naxçıvan – Şahbuz

 

Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir.

Rayonun inzibati mərkəzi Şahbuz şəhəridir. Şahbuz şəhərinin yaxınlığında insanların qədim yaşayış məskəni aşkar edilmişdir. Divarda oyulmuş qeyri-adi yaşayış yerləri 4 otaqdan və balkondan ibarət olmuşdur. Şahbuz sakinləri bu yeri “Fərhadın evi” adlandırırlar. Bu ad Nizami Gəncəvinin poemasının qəhrəmanı, suyu öz sevgilisi Şirinə vermək üçün qayalı dağları yarıb su kanalı çəkən Fərhadın adı ilə bağlıdır. Arxeoloqlar digər yerdə vaxtilə bu yerlərin hökmdarı olmuş başçının şərəfinə adlandırılmış “Şahpur qalası” adlanan əzəmətli tikilinin qalıqlarını aşkar etmişlər.

1400 metr hündürlükdə, təbiətin mənzərəli guşəsində “Badamlı” istirahət zonası yerləşir. Burada badamlı mineral suyunun qablaşdırma zavodu fəaliyyət göstərir.

Rayonda faydalı qazıntı yataqları: kükürd, torf, tikinti materiallarının yataqları mövcuddur. rayon mineral sularla zəngindir – Badamlı, Biçənək, Batabat, Karvansara və sair. İqlim yayda isti, qışda isə soyuqdur. Rayon ərazisindən Naxçıvançay və onun qolları olan Salvartı, Kükü, Şahbuz və digər çaylar axır. Batabat, Qanlıgöl və digər göllər var. Dağ meşələrində palıd, fıstıq, vələs kimi ağaclar bitir. Faunanı ayı, dağ keçisi, çöl pişiyi, qaban, canavar, tülkü və digər heyvanlar təmsil edir.

Yeri gəlmişkən, yaxın zamanlarda Şahbuz turizm mərkəzi olacaqdır, çünki Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda urbanizasiya baş verəcəkdir. Milli Məclisin regional məsələlər üzrə Komitəsi şəhərlə tam qovuşacaq qonşu kəndlər – Ayrınc, Daylaqlı və Qarababa kəndləri hesabına bu rayon mərkəzinin ərazisinin qanunauyğun şəkildə genişləndirilməsini tövsiyə etmişdir. Şəhər ərazisi demək olar ki, iki dəfə – 2 min 826,6 min ha artacaqdır. Bu dəyişikliklərin yekun məqsədi şəhərin inkişafı və. hər şeydən əvvəl, onun turizm infrastrukturunun inkişafıdır.