Bakı

Bakı

Qədimliyin və müasirliyin qovuşduğu Azərbaycanın paytaxtı turistləri hər zaman cəlb edib. Qala divarları ilə əhatələnmiş Qədim şəhər və ya İçəri şəhər Bakının qonaqlarında xüsusi maraq oyadır. Açıq səma altında yerləşən bu muzey və burada yerləşən Qız qalası (XII-ci əsr) YUNESKO-nun dünya irsi siyahısına daxil ediliblər. Qalanın memarlıq görünüşü  təkrarolunmaz özünəməxsusluğu ilə  seçilir, burada Şirvan hökmüdarlarının igamətgahı olmuş nadir Şirvanşahlar Sarayı kompleksi (XV-ci əsr) də daxil olmaqla, orta əsrlər memarlığının 44 abidəsi yerləşir. Bakıdan 30 km aralı, Suraxanı qəsəbəsində zoroastrizm dövrünün abidəsi – atəşpərəstlərin məbədi olan «Atəşgah» yerləşir. Bir qədər aralıda, Qobustan qəsəbəsində (Bakıdan 60 km aralı)  insan və heyvanların 4000 qayaüstü təsvirinin aşkar edildiyi dünya mədəniyyətinin nadir abidəsi, bəşəriyyətin ilk sivilizasiya ocaqlarından biri yerləşir. Bu tarixi-bədii qoruqda həmçinin YUNESKO-nun dünya irsi siyahısına daxil edilib.

Paytaxtın müasir görünüşü də qonaqlarda böyük maraq doğurur. Bakının yeni simvolları sırasında möhtəşəm Flame Towers bina kompleksini, 2012-ci ildə «Avroviziya» mahnı müsabiqəsinin keçirildiyi Crystal Hall idman-əyləncə kompleksini, Heydər Əliyev mədəniyyət mərkəzini və digərlərini göstərmək olar. Bakı sakinləri və qonaqların ən sevimli gəzinti yeri  neon işıqlarla parlayan şəhər Dənizkənarı parkdır (və ya sadəcə Bulvar). Bakıda həmçinin çoxlu sayda  ticarət-əyləncə mərkəzi, butiklər, kinoteatrlar, konsert və sərgi salonları, muzeylər, restoranlar, dünyanın tanınmış brend otelləri yerləşir.

 

 

Bakı Azərbaycan Respublikasının paytaxtı, ölkənin iri elmi-texniki, sənaye və mədəniyyət mərkəzidir. Azərbaycanın istənilən guşəsi tarixi-memarlıq nöqteyi-nəzərindən turistləri maraqlandıra bilər, lakin Bakının çoxsaylı abidələri turistlərdə xüsusi canlı maraq oyadır. Bu, hər şeydən əvvəl, şəhərin qədim hissəsi – əfsanəvi Qız qalası (XII əsr) ilə birlikdə dünyanın irsi abidələrinin siyahısına daxil edilmiş İçəri şəhərdir. Qalanın zahiri görünüşü memarlıq cəhətdən təkrarolunmaz özünəməxsusluğu ilə fərqlənir, burada orta əsr memarlığının 44 abidəsi yerləşir. Onların arasında Şirvanşahlar Sarayının unikal kompleksi, Şirvan Hakimlərinin keçmiş rezidensiyası (XV əsr), Sınıq Qala minarəsi (XI əsr), məscidlər, karvansaralar, hamamlar var. Bu qədimsevərlər üçün əsil etnoqrafik xəzinədir.

ƏtraflıGizlət

Paytaxtın müasir zahiri görünüşü qonaqlarda az maraq oyatmır. Bakının yeni simvolları arasında Flame Towers bina kompleksini, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin keçirildiyi Crystal Hall idman-əyləncə kompleksini, Heydər Əliyev mədəniyyət mərkəzini və digərlərini xüsusi olaraq göstərmək olar.

Simasını dəyişmiş və neon lampaları ilə bərq vuran Dənizkənarı Milli Park əvvəlki kimi şəhər sakinlərinin və qonaqların sevimli gəzinti yeri olaraq qalır. Bakıda çoxlu sayda müasir ticarət və əyləncə mərkəzləri (TƏM) və idman mərkəzləri, kinoteatrlar, konsert və sərgi meydançaları, muzeylər, parklar və digərləri vardır.

ƏtraflıGizlət

Turistlərin rahatlığı üçün paytaxtda Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdar kimi çoxlu sayda yüksək səviyyəli brend otellər fəaliyyət göstərir. Qonaqların yerləşdirilməsi və istirahəti ilə bağlı problem yaranmır.
Bakıda olmaqla bağlı istənilən suallarla əlaqədar olaraq Bakı Turizm İnformasiya Mərkəzi qonaqlara daima yardım göstərməyə hazırdır (www.bakutourism.az).

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə