Şəki

Şəki

Bakı ilə arasında məsafə

305 km

Əhalisi

175,7 min nəfər

 

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı-Şəki avtobusları;
Qatar:  Bakı-Bərdə-Balakən – 8 saat

 

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray  memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə  də olsun mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan gətirilmişdi.
Şəki rayonunda çoxlu  maraqlı tarixi abidələr var.  Şəhərin şimalında bir zamanlar alınmaz qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Ticarəti ilə tanınan Şəkidə xeyli sayda karvansaralar  mövcud olub və onlardan ikisi  - XVIII əsrdə tikilən Yuxarı və Aşağı karvansaralar bu günümüzə qədər saxlanılıb. Kiş kəndində yerləşən Alban məbədini (I-II əsrlər) qeyd etməmək olmaz,   tanınmış norveçli Tur Xeyerdal  burada bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq kənddə onun büstu quraşdırılmışdır. Nəhayət, Şəki ağızda əriyən paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb.

 

 

Şəki rayonu Azərbaycanın ən maraqlı, orijinal və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki şəhəri – qarlı zirvələr fonunda Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir.

Haqlı olaraq Şəkini respublikanın qoruğu hesab edirlər. Şəki xan sarayı (1762-ci il) – milli memarlığın saray memarlıq ənənələri ilə ahənginin nadir nümunəsi turistlərdə xüsusi maraq oyadır. Dizaynına və daxili bəzəyinə görə ikinci belə bir saray tapmaq çətin olacaqdır. Məlumdur ki, sarayın tikintisində mismardan istifadə olunmamışdır. Sarayda milli şəbəkə üslubunda (bəzəkli şüşələrlə bəzəmə) mozaika işlənmişdir.

ətrafliGizlət

Şəki rayonunda bir çox digər tarixi abidələr də salamat qalmışdır. Şəkinin şimal hissəsində Kiş kəndi ilə yanaşı vaxtı ilə güclü olan “Gələrsən-görərsən” qalasının xarabalıqları qalmışdır. Düşmənlər üçün qala uzun illər əlçatmaz olmuşdur və şəhərin girişini qorumuşdur.

ətrafliGizlət

Şəki Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşdır. Bu şəhərlərin sakinlərinin, xüsusi yumor hissi və lətifə danışmaq cəhətdən çox oxşarlıqları vardır. Burada qədim karvansarada yay və qış səhnələri olan öz gülüş teatrı var.

Şəkidə bir neçə sənətkarlıq növü indi də dəstəklənir. İndiyədək şəhərdə qədim peşələrin mənasını verən küçələr qalmışdır – Dulusçular, Zərgərlər, Halvaçılar və sair.

Yeri gəlmişkən, şəhərin mərkəzində çoxsaylı ailə dükanlarında hazırlanan və satılan məşhur, ağızda əriyən Şəki halvasının dadına mütləq baxın.

Şəkidə yalnız müasir otellərdə yox, həm də hələ XVIII əsrdə Böyük İpək Yolu üzərində gecələmə yeri kimi inşa edilmiş “Şəki-Karvansara” otelində qalmaq olar.

ətrafliGizlət

Turistlər həm də bu yaxınlarda yenilənmiş və təkmilləşdirilmiş Şəki Olimpiya Kompleksində də qala bilərlər. Kompleksin Oteli də həyətində bir və ikimərtəbəli kotteclərin olduğu ikimərtəbəli binadan ibarətdir. Otel və kotteclər yaxşı tərtib olunmuş, mərkəzi kondisioner və havalandırma sistemləri ilə təchiz edilmişdir. Örtülü hovuz, bilyard, stolüstü tennis, tennis, sauna, akvapark, uşaqlar üçün oyun zalı və sairləri qonaqların ixtiyarına verilmişdir. Otelin təqdim etdiyi xidmətlərin keyfiyyəti və çeşidi 5 ulduzlu standartlara uyğundur.

Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.

ətrafliGizlət

Turistlərə oyunları təkcə izləmək yox, həm də oyunlarda iştirak etmək imkanı verilir. Onlar öncədən at sürmək üzrə təcrübəli məşqçinin təlimatından keçə və ya sadəcə olaraq at sürə bilərlər.

İstirahət edənlərin böyük həzz alması üçün atçılıq turizm Mərkəzi Şəki rayonunun müxtəlif guşələrinə bir neçə (yeddidən artıq) bir və ya iki günlük marşrutlar təşkil edir ki, burada turistlər bu gözəl diyarın zəngin təbiəti ilə və bir neçə əsrlik tarixi görməli yerləri ilə tanış ola bilərlər. Qonaqlar at belində və təlimatçıların müşayiəti ilə ətraf gözəlliklərdən, qədim alban məbədləri ilə, Gələrsən-Görərsən qalasından, orta əsrlərin Şinaz qalasından və bir çox digər memarlıq abidələrindən həzz ala bilərlər.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə