Şamaxı

Şamaxı

Bakı ilə arasında məsafə

135 km

Əhalisi

95,3 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Şamaxı avtobusları

Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın).

Şamaxı torpaqlarının təbii şəraiti insanları qədim zamanlardan cəlb edirdi. Unikal təbiət, mülayim iqlim, mineral bulaqlar rayona xüsusi gözəllik verir. Burada iqlim mülayimdir. Yaylada olan palıd, fıstıq və vələs meşələri, yaşıl sahələr və kollar, göz oxşayan yaşıl çəmənlər bu yerlərə misilsiz gözəllik verir. Burada 50 növdən çox dərman bitkiləri yetişir. Meşələrin zəngin təbiəti burada vəhşi heyvanların və quşların, məsələn, cüyür, qaban, ayı, vəhşi pişiklərin yaşaması üçün əlverişli şərait yaradır.

Bu diyar ilin bütün fəsillərində çoxlu turist və istirahət edənləri cəlb edir.

ətrafliGizlət

Azərbaycanda və Qafqazda ən böyük astrofizik rəsədxanası da Pirqulu qəsəbəsində yerləşir. Nəsrəddin Tusi adına rəsədxana müasir avadanlıqla və güzgüsünün diametri 2 metr olan və MDB-də ən iri teleskopla təchiz edilmişdir.

Şamaxı rayonu yalnız özünün zəngin təbiəti ilə deyil, həm də qədim tarixi ilə maraqlıdır.

Çoxsaylı zəlzələlərə baxmayaraq hələ də Şamaxıda çoxlu tarixi abidə: iki minarəli Cümə məscidi (743-cü il), Şəhixəndan məqbərəsi (XVəsr), Şirvan xanlarının türbəsi – Yeddi Günbəz məqbərəsi (XVIII-XIX əsrlər), 1402-ci ildə tikilmiş ”Diribaba” məqbərəsi, Gülüstan istehkamının xarabalıqları (XI-XII əsrlər) qalmışdır. Şamaxının görməli yerlərinin siyahısını davam etmək olar.

ətrafliGizlət

Bu günlərin Şamaxısı həm də şərabçılıq və xalçaçılığın tanınmış mərkəzidir. Rayon həm şərab zavodlarında, həm də ayrı-ayrı fərdi təsərrüfatlarda hazırlanmış gözəl şərabları ilə məşhurdur. Şamaxı şərabının süfrə və desert növləri beynəlxalq sərgilərdə çoxlu medal və diplomlara layiq görülmüşdür.
Turistlər məşhur “Şirvan”, “Qobustan”, “Şamaxı”, “İsrafil” , “Ərcimən” xalçalarını toxuyan ustalarla Şamaxının düzənlik hissəsində, Cəngi kəndində tanış ola bilərlər. Çoban ailələrində isə milli ornamentlərlə bəzədilmiş rəngli yun corablar toxunur.
Bir sözlə, Şamaxı ən böyük diqqətə layiq yerdir.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə