Neftçala

Neftçala

Bakı ilə arasında məsafə

176 km

Əhalisi

82,2 min nəfərdir

Necə getməli

Avtonəqliyyat: Bakı-Neftçala avtobusları – 3,5 saat

Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü yerdə, qədim karvan yolunun üzərində yerləşir. Qədim zamanlarda şaxtalı qış günlərində xanlığın yaxınlıqdakı dağlıq ərazisində yerləşən qoyun sürülərini qışlamaq üçün buraya sürüb gətirərdilər. Bu səbəbdən həmin yerləri Xanqışlağı (xanın qışladığı yer).

Şəhərin müasir adı zəngin neft və qaz yataqları ilə bağlıdır. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir: burada ceyran və qutan, sığın yaşayır, habelə nərə balıqları var. Burada nərə balıqlarının artırılması üzrə Kür eksperimental zavodu yerləşir və burada həmin balıq növü laboratoriya şəraitində yetişdirilir və bu qiymətli növün ehtiyatlarının artırılması məqsədilə Kür çayına tökülür. Flora və faunası zəngin olan Qızılağac qoruğunun əsas hissəsi bu rayonun ərazisində yerləşir.

Rayonun inzibati mərkəzi olan Neftçala şəhəri Kür çayının mənsəbinin yaxınlığında yerləşir. Şəhərdə Mədəniyyət Evi, diyarşünaslıq muzeyi və rəsm qalereyası var. Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizə aparan şair Xəlil Rza Ulutürk bu torpaqda anadan olmuşdur. Rayonda sənaye müəssisələrindən balıq kombinatı, yod-brom kombinatı, nərə balıqlarının yetişdirilməsi üzrə eksperimental zavod yerləşir. Rayonda nanə, biyan, qatırquyruğu, itburnu, çobanyastığı və digər dərman bitkiləri yetişdirilir.

Rayon mərkəzindən 10 km məsafədə Kürün Xəzər dənizinə töküldüyü yerdə, qeyri-adi mənzərə müşahidə olunur: Kürün suları dəniz suyundan ideal xətlə ayrılır, elə bil ki, bu nazik xətt müxtəlif suların qarışmasına imkan vermir. Kürkosa adası balıq ovu üçün gözəl yerdir.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə