Şərur

Şərur

Ərazisi

811,14 km2

Əhalisi

107,4 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat və qatarla: Naxçıvan – Şərur

 

Şərur Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati mərkəzidir. Noraşen kimi tanınan, sonra isə Leninin şərəfinə İliçevski adlandırılan rayon NAR-ın qərbində yerləşir, Ermənistan və İranla həmsərhəddir. Rayon ərazisində Dərələyəz dağ silsiləsi yerləşir. Şəhərin gənc olmasına baxmayaraq, buranın torpağı həqiqətdə qədim yaşayış məskənlərinin olduğu yerdir. Yaranma tarixi məlum deyildir. Şərurun adı “Kitabi Dədə Qorqudda” nəsillərdən birinin adı kimi xatırladılır. Arpaçay və Araz çaylarının vadilərində aparılan qazıntılar nəticəsində tunc dövrünün yaşayış məskənlərinin izləri aşkar edilmişdir.

ətrafliGizlət

Şərurda gəzərkən, Naxçıvanın hər yerində olduğu kimi, bir şey diqqəti cəlb edir. Bu, elektrik dirəklərinin üzərində qurulmuş leylək yuvalarıdır. Bu ən çox yayılmış mənzərədir və bu yerlər üçün tipik haldır. Naxçıvanda hara getsəniz, yolboyu pəncərədən elektrik dirəklərində görünən, bütün səyahətə özünəməxsus çalar verən bu yuvalar sizi müşayiət edəcəkdir.

Naxçıvanın bütün ərazisi kimi, Şərur da tarixi abidələrlə zəngindir. Dağların zirvəsində yerləşən “Qız qalası” və “Oğlan qalası” onların arasında xüsusi yer tutur.

ətrafliGizlət

Şərur özünün “yallı” rəqsi ilə məşhurdur. Bu qədim rəqs vətəni hesab olunduğu Naxçıvanın mədəni irslərindən biridir.

ətrafliGizlət

Yeri gəlmişkən, yallının əsl vətəni Çərçiboğan kəndi hesab olunur. “Nurani” rəqs qrupu bu kəndin ağsaqqallarından ibarətdir. Burada ən kiçik ifaçının 61, ən yaşlısının isə 80 yaşı var.

Şəhərdə iki park, stadion, muzey, məscid, şəhidlərin memorial abidəsi, kinoteatr və iki mehmanxana var. 2009-cu ildə Şərurda Olimpiya kompleksi açılmışdır.

İndiyədək salamat qalmış bir neçə qədim məscidləri, hamamları və yaxşı bazarı olan köhnə şəhər də elə buradadır. Bir sözlə, Şərurda istirahət etmək turistlər üçün maraqlı və tanıdıcı olacaqdır.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə