Turlar

Atçılıq turu marşrutunun proqramı

1-Cİ GÜN

20.05 Aeroportda qarşılanma, transfer və Bakıda oteldə yerləşmə
21.00 Şam yeməyi

 

2-Cİ GÜN

08.00 Səhər yeməyi hoteldə
09.30 Ekskursiya (nəqliyyatla). Suraxanı qəsəbəsi – Atəşgah
14.30

Nahar.
Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məçidlər, ensiz küçələr, hamamlar, karvansaraylar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər.  Müasir Bakı – “yeni azərbaycanlılar” tərəfindən tikilmiş göydələn evlər.

Muzeylər mərkəzi ilə tanışlıq

20.00

Karvansara restoranında şam yeməyi

 
20.00 Hoteldə gecələmə  

 

3-CÜ GÜN

07.30 Səhər yeməyi
09.00 Azadlıq meydanında toplanış və Şəki şəhəri istiqamətində hərəkət (START)
12.00

Şamaxı Diri Baba Türbəsi

14.00

Şamaxıda Nahar fasiləsi

20.00 Şəki şəhərində  şam yeməyi  
22.00 Şəki şəhərində Mehmanxanada gecələmə  

 

4-CÜ GÜN

07.30 Səhər yeməyi
08.00 Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzini istiqamətində  hərəkət
10.00

Daşüz kəndinin yuxarı hissəsindən cənub-qərb istiqamətində Daş bulaq kəndinə  hərəkət

 

Qədim Alban məbədini ziyarət

12.00 Çorqat meşəsində düşərgə salınıb
13.00 Nahar fasiləsi
15:00 Acınohur gölü istiqamətində hərəkət
17:00 Dincəldikdən sonra  geriyə hərəkət
19:00 Daşüz kəndində gecələmə
21:00 Şam yeməyi  

 

5-Cİ GÜN

09:00 Səhər yeməyi
10.00

Şəkidən Bakı şəhəri istiqamətində hərəkət
Bakıda sərbəst vaxt

 

 

 

6-CI GÜN

07:30 Səhər yeməyi  
09.00 Aeroportdan yola salınma