Turlar

İpək yolu turu marşrutunun proqramı

1-Cİ GÜN

20.05 Aeroportda qarşılanma, transfer və Bakıda hoteldə yerləşmə
21.00 Şam yeməyi

 

 

 

2-Cİ GÜN

08.00 Səhər yeməyi hoteldə
09.30 Ekskursiya (nəqliyyatla). Suraxanı qəsəbəsi – Atəşgah
14.30

Nahar.
Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məscidlər, ensiz küçələr, hamamlar, karvansaraylar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikanələr. Müasir Bakı – "yeni azərbaycanlılar" tərəfindən tikilmiş göydələn evlər. Muzeylər mərkəzi ilə tanışlıq.

17.00

Yanardağa (təbii qazla yanan) səyahət və Bakıya geri dönmə

20.00 Milli restoranda folklor şousu ilə şam yeməyi
21.00 Oteldə gecələmək

 

 

3-CÜ GÜN

07.30 Səhər yeməyi hoteldə
09.00

Xəzər dənizindən 65 km məsafədə və Bakının cənubunda yerləşən Qobustan qayaüstü rəsm muzeyinə səyahət.
Burada Böyük İsgəndərin ordusu və Roma legionerləri tərəfindən qravüra olunmuş, Daş Dövründən qalmış, minlərlə qayaüstünə həkk olunmuş insan, qayıq, heyvan və ov səhnələri rəsmləri var. Burada davam edərkən fəaliyyətdə olan palçıq vulkanlarını görmək olar

20.00 Şam yeməyi
22.00 Oteldə gecələmə  

 

 

4-CÜ GÜN

07.30 Səhər yeməyi
08.00

Azərbaycanın şimal-qərbində yerləşən Qafqaz dağlarına səyahət. Burada quru landşaftdan sonra sıx meşəli dağlıq zona gəlir. Burada mərkəzi Şirvan olan Şamaxı şəhərinə, Azərbaycanın əl işləri sənətinin mərkəzi, Böyük Qafqaz dağlarında yerləşən gözəl Lahıc kəndinə səyahət. Ekskursiya marşrutu Mərəzədə yerləşən Diri Baba mağarasına, Cümə məscidinə (hansı ki, hal-hazırda rekonstruksiya edilir və gələn il açılışı gözlənilir) və Yeddi Günbəz abidəsinə ziyarətlə davam edir. Sonra Antik Albaniyanın qədim paytaxtı olan Qəbələ şəhərinə səyahət. Ekskursiya  Şəki şəhərinə səyahətlə davam edir

20.00 Restoranda şam yeməyi.
21.00 Oteldə gecələmə  

 

5-Cİ GÜN

10.00 Yerli meyvələr və ədviyyatlar olan yerli şərq bazarına səyahət
12.00

ENC bələçisi ilə birlikdə yerli meyvələr və ədviyyatlar olan yerli şərq bazarına səyahət.Ekskursiya Şəki Xanlarının möhtəşəm freskalarla və rəngarəng şüşələrlə bəzədilmiş Yay Saraylarına, Şəki muzey ve saraylarına, yerli Tarix və İncəsənət muzeylərinə səyahət davam edir.Yerli “Şəbəkə” mağazasının produktları ile tanışlıq.Nahardan sonra şəhərdən 12 km məsafədə yerləşən Kiş kəndinə və e.ə 1 ci minillikdə tikilən Antik Alban Xristian Kilsəsinə səyahət.

20.00 Milli restoranda şam yeməyi
22.00 Oteldə gecələmə
07:30 Səhər yeməyi
09:00 Gürcüstanla sərhəd keçidənə yola düşmə (Balakən-Laqodexi sərhədi: Mazimçay yoxlanış məntəqəsi)